Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-11-2020, 13:31)
Qarabağ müzakirəsi: Həqiqətlər 40 min tamaşaçıya çatdırıldı

 Koreyanın 350 min abunəçisi olan “Yeni Gün” yutub kanalında Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək məqsədilə apardığı Vətən müharibəsi müzakirə edilib.
"Mediatv.az" xəbər verir ki, Azərbaycanın Koreyadakı səfirliyinin müşaviri Vasif Əliyev və bu ölkədə təhsil alan azərbaycanlı tələbə Leyla Məsimli kanalda yayımlanan “Beyin mərkəzi” proqramının qonağı olub.
Səfirliyin nümayəndəsi və azərbaycamlı tələbə Koreya dilində Dağlıq Qarabağın tarixi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 30 il ərzində işğal altında saxlaması haqqında məlumat verib.
Proqramda Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edən BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsi minlərlə mülki azərbaycanlının qətlə yetirilməsi, bir milyona yaxın azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsi ilə bağlı geniş məlumat verilib.
Bununla yanaşı, sentyabrın 27-də Ermənistanın növbəti təxribat hücumundan sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində əks-hücum əməliyyatlara başladığı bildirilib. Koreya auditoriyasının diqqətinə çatdırılıb ki, döyüş meydanında məğlub ola işğalçı ölkə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutduğu, Gəncə, Bərdə və digər şəhərlərə raket hücumlar edib, nəticədə aralarında uşaqlar və yaşlıların da olduğu 100-ə yaxın dinc vətəndaş həlak olub, 400-ə yaxın insan yaralanıb.
Qeyd edək ki, proqram bir gün ərzində 40 min tamaşaçı tərəfindən izlənilib.шаблоны для dle 11.2

Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024