Karusel (9-10-2020, 16:41)
Vaxt gedir: İrəvan ağ bayraq qaldırmağa doğru -Malik Həsənov
Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Rəsmi İrəvan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getməyə məcburdur.
Bu sözləri Mediatv.az-a açıqlamasında millət vəkili Malik Həsənov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti şərh edərkən deyib.
O qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən artıq ağ bayraq qaldırılır:
“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və sarsılmaz siyasi iradəsi, eyni zamanda yüksək diplomatik bacarığı Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyanı artıq kapitulyasiyaya getmək məcburiyyətində qoyub.
Bu gün bütün ölkə Prezidentimizin rəhbərliyi ilə Vətən müharibəsinə qalxıb. Cəbhədə düşmənlə üz-üzə döyüşən şanlı, rəşadətli Ordumuza diplomatik masada və beynəlxalq aləmdə cənab Prezident, arxa cəbhədə isə bütün Azərbaycan xalqı dəstək verir. Təsadüfi deyil ki, Ali Baş Komandanın əzmi, sarsılmaz iradəsi nəticəsində bu gün Ermənistan rəhbərliyi danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddialarını artıq səsləndirməyə cürət etmir”.
Millət vəkili qeyd edib ki, Azərbaycanı yenidən danışıqlar masasına oturtmaq heç də asan olmayacaq:
“Paşinyan son aylar bütün addımları, bəyanatları və çıxışları ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin üstündən xətt çəkdiyini nümayiş etdirirdi. Döyüş meydanında Azərbaycan əsgərlərinin əldə etdiyi uğurlar diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir.
Danışıqlar prosesi baza prinsipləri, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yenidən davam etməlidir. Bu, ən ədalətli və konstruktiv yanaşmadır. Daha dəqiq desək, danışıqlar prosesində Prezident İlham Əliyevin tələb etdiyi kimi, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan vaxt qrafiki hazırlanmalıdır.
Biz erməni xalqı ilə deyil, işğalçı Ermənistan ordusu və ona sahib olan faşist, təcavüzkar, avantürist Paşinyan administrasiyası ilə mübarizə aparırıq. Düşmən axan qanın qarşısını almaq istəyirsə, işğal etdiyi torpaqlardan dərhal və qeyd-şərtsiz çıxmalı, Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanımalıdır. Dağlıq Qarabağın erməni əsilli azərbaycanlı vətəndaşlarına gəldikdə isə deyə bilərəm ki, Azərbaycan dövləti erməni belə olsa, öz torpaqlarında yaşayan bütün vətəndaşlarının təhlükəsizliyini və gələcəyini hər kəsdən daha çox düşünür”.
M.Həsənov bildirib ki, Ermənistanın havadarları olan dövlətlər və böyük güclər bu gün Prezident İlham Əliyevə təsir edə bilmir:
“Bu gün hər kəsə məlumdur ki, Bakıya böyük güclər və Ermənistanın havadarları tərəfindən təzyiqlərə cəhd edilir. Lakin nə Azərbaycan Ermənistan kimi zəif, başqa ölkələrin forpostuna çevrilən ölkədir, nə də cənab Prezident Paşinyan kimi iradəsiz, təcrübəsiz, küçələrdən hakimiyyətə inqilabla gələn bir avantüristdir. Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 10 günlük müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. İndən sonra Ermənistana onilliklər lazım olacaq ki, özünə ordu qursun. Lakin bu belə mövcud reallıqları nəzərə aldıqda mümkünsüz kimi görünür. Çünki 10 günlük müharibə belə Ermənistanın iqtisadi, hərbi resurslarının tükənməsi üçün bəs etdi. Hazırda rəsmi İrəvan istənilən kompromisə gedəcək vəziyyətdədir. Zaman Paşinyan administrasiyasının əleyhinə işləyir. Cəbhədən gələn hər məğlubiyyət, ölən hər bir erməni əsgəri Paşinyanın iqtidarını bir az da sarsıdır.
İqtisadi əsasları sarsılan Ermənistan Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi əzmi, Prezidentinin sarsılmaz iradəsi qarşısında tab gətirə bilmədi. Qələbə bizimdir, qələbə Azərbaycan xalqınındır. Qarabağ Azərbaycandır!”

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024