Siyasət (17-07-2019, 08:45)
“MeqaFon” Azərbaycana qarşı təxribata cavabdeh olan əməkdaşlarını cəzalandırıb

Mediatv.az xəbər verir ki, bu barədə “Meqafon” şirkətindən Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildirilib.
Oxuculara “MeqaFon” şirkətinin məktubunu təqdim edirik:
“Şirkətin veb saytının yenilənməsi ilə bağlı işlər zamanı Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibinə daxil olmayan müstəqil ərazi kimi təqdim olunduğu səhv məlumatlar aşkar edilib. Səhv, şirkətin rəhbərliyi tərəfindən aşkar edildikdən sonra dərhal düzəldilib. “Meqafon” şirkəti hazırda bununla bağlı daxili təhqiqat aparır. Sayta həmin məlumatı yerəşdirməyə görə məsuliyyət daşıyan əməkdaşlar isə vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb. Onları Rusiya Federasiyası Əmək Məcəlləsi çərçivəsində intizam cəzası gözləyir.
“Meqafon”un əsas iş prinsiplərindən biri şirkətin öz kommersiya fəaliyyətini siyasi və dini məzmundan kənar həyata keçirməkdir. Biz baş verən hadisədən təəssüf hissi keçirir, bir daha vurğulamaq istəyirik ki, bu, heç də pis niyyətlə deyil, səhvən baş verib”.
Məktub “Meqafon”un Direktorlar Şurasının sədri Yevgeni Bıstrıx tərəfindən imzalanıb.
Xatırladaq ki, “Meqafon” öz saytında Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərmişdir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: “Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm”
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025