Siyasət (31-07-2014, 11:02)
Facebook həbsləri dünyada və bizdə...
Misirdə, Türkiyədə gənc fəalları məhz statuslarına görə cəzalandırırlar
Son illər Azərbaycanda baş verən əksər həbslər “facebook həbsləri” statusunu qazanıb. Sosial şəbəkədə aktivlik edən, status yazan, ictimaiyyəti aktivliyə səsləyənlərin əksəriyyəti müxtəlif bəhanələr və şərləmələrlə həbs edilib. Hazırda sosial şəbəkələrin ciddi nəzarət altında olması da şübhəsizdir. Daxili yazışmalardan tutmuş, statuslara, hətta hansı fikri “layk” (bəyənmə) etməyə qədər bir məqam da nəzarətsiz buraxılmır.
Ekspertlər hesab edir ki, bu, daha çox “Misir baharı”ndan sonra Azərbaycan hakimiyyətində yaranmış xofun nəticəsidir. Belə ki, iqtidar insanların sosial şəbəkə vasitəsilə məlumatlanması, istiqamətlənməsi, bir sözlə, aktivləşməsindən narahatdır. Və bunun qarşısını xofla, qorxutma yolu ilə almağa çalışır.
Dünyanın bir çox ölkələrində facebook həbsləri olub. Tutaq ki, Amerika, Britaniya kimi ölkələrdə bu, sırf hansısa sosial şəbəkə istifadəçisinin başqasının hüquqlarını tapdaması və ya təhqir etməsinə qarşı açılan cinayət təqibinin nəticəsində baş verir. Məsələn, 19 yaşlı Texas sakini facebook səhifəsində yazdığı istehzalı statusuna görə ömrünün bir neçə ayını həbsxanada keçirib. O, digər istifadəçilərlə söyüşərkən, zarafatyana hansısa məktəbin şagirdlərini güllələməyi düşündüyünü yazmışdı.
Hakimiyyət isə bu zarafatı anlamayaraq onun terrora səslədiyini əsas gətirib Texas sakinini həbs etdi.
Türkiyədə 2013-cü ildə facebook həbsləri geniş vüsət almışdı. Məsələn, təkcə İzmir polisi şəhərdə Taksim Gəzinti Parkında baş verən etiraz aksiyalarına dəstək məqsədilə nümayişlər keçirilərkən sosial mediada hökumət əleyhinə çağırışlar edən 38 nəfəri müəyyənləşdirərək, onların 25-ni həbs etmişdi. Onlar bir neçə sutka saxlanılandan sonra azadlığa buraxılmışdı.
Beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Watch”, Səudiyyə Ərəbistanında 7 nəfərin “Facebookda etirazları qızışdırmaq və ictimai nizamı pozma” iddiasıyla həbs edildiyini açıqlayıb. 2013-cü ilin 29 iyun tarixli hesabatda, Ağır Cinayətlər Məhkəməsində 7 nəfərə 5-10 il arasında həbs cəzası verildiyi və həbs müddətini başa vurduqdan sonra da ölkə xaricinə çıxışlarının qadağan edildiyi bildirilib.
İranda da 2013-cü ildə facebook həbsləri baş vermişdi. Daxili İşlər Nazirliyinin İnternetdə Təhlükəsizliyin Təminatı İdarəsinin rəisi Kamal Hədianın dediyinə görə, polislər “internetdə korrupsiya və rüşvətxorluq yayan qrupu uzun müddətdən bəri müşahidə edəndən sonra həbsə əl atılıb”.
Tutulanlar 2 kişi və 2 qadındır. Onların facebookda yaratdıqları səhifənin artıq 25 min daimi oxucusu vardı. Virtual gözəllik müsabiqəsinə qatılanlar burada öz fotolarını dərc edirdilər.
İranın hakimiyyət dairələri ölkədə facebooka girişi yasaqlasalar da, iranlılar müxtəlif proqramlar vasitəsilə sosial şəbəkəyə qoşulurlar.
Göründüyü kimi, dünyada da sosial şəbəkəyə görə xeyli həbslər baş verir. Amma Azərbaycanda son olaraq iyulun 23-də Müsavat Gənclər Təşkilatı MTK-nın sədri, blogger, musavat.org.az saytının administratoru Fərəc Kərimlinin həbsi hakimiyyət daxilində facebook xofunun gündən-günə artdığını göstərir. Ekspertlər hesab edir ki, indi hakimiyyətin sosial şəbəkənin üzərinə yeriməsinin xüsusi səbəbi var. Belə ki, azad medianı boğan, müstəqil qəzetlərin satışına imkan verməyən, saytları satın alan hakimiyyət gənclərin aktivləşməsi istiqamətində sosial şəbəkənin nüfuzunu görür və gənclərin gözünü bu formada qorxudur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024