Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-03-2019, 10:33)
Ombudsman bu gün nələrdən danışacaq?

 Bu gün Milli Məclisin (MM) plenar iclasında Ombudsman Elmira Süleymanovanın son bir illik fəaliyyəti ilə bağlı hesabatı dinləniləcək.
Mediatv.az-ın məlumatına görə, ötən həftə Ombudsmanın hesabatı MM-in İnsan hüquqları komitəsinin iclasına çıxarılaraq, geniş müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.
Ombudsmanın hesabatında bir çox məsələlər yer alıb ki, onlardan biri də pulsuz dərman preparatları məsələsidir.
Digər məsələ məhkəmə şikayətləri ilə bağlıdır.
Hesabata görə, saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qidanın rasionu və keyfiyyəti, tibbi xidmətin və asudə vaxtın təşkili vəziyyəti öyrənilib, konfidensiallıq təmin olunmaqla, müvəqqəti saxlanma yerlərində 570, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 430, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 2 114 saxlanılan şəxslə təklikdə görüşlər keçirilib, müraciətləri yerində araşdırılıb və müvafiq tədbirlər görülüb.
Daha sonra qeyd edilib ki, Ombudsmanın ünvanına daxil olan müraciətlərin, başçəkmələr zamanı qəbul edilən şəxslərlə görüşlərin və qaynar xəttə daxil olan zənglərin təhlili göstərir ki, azadlıqdan məhrum edilən şəxslərin ailə üzvləri və yaxınları ilə görüş, sovqat, telefon danışıqlarından istifadə ilə bağlı hüquqlarının pozulması hallarına rast gəlinir ki, belə halların aradan qaldırılması üçün nəzarət daha da gücləndirilməlidir.
шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025