Siyasət (26-08-2018, 12:00)
Merkel Azərbaycanla əməkdaşlıq haqda: Çox böyük seçim var
Mən buraya işgüzar nümayəndə heyəti ilə birgə gəlmişəm. Şirkətlər tərəfindən müxtəlif təkliflər var. Qeyd edə bilərəm ki, tikinti və infrastruktur sahələrində, eləcə də tikinti materialları sahəsində layihələr var.
Mediatv.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.
Alman kansler qeyd edib ki, ölkəsi Azərbaycanla aqrar sahədə, kənd təsərrüfatı maşınlarının texnologiyası, eləcə də rəqəmsallaşdırma, təhsil sahələrində fəaliyyət göstərə bilər:
“Bundan başqa, təhlükəsizliklə bağlı sənədlərin - pasportların, şəxsiyyət vəsiqələrinin və banknotların hazırlanması sahəsində də alman şirkəti iştirak edir. Burada çox böyük, geniş seçim var.
Biz Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilərik. Qeyd etdiyim kimi, Azərbaycanda artıq 150 müəssisəmiz fəaliyyət göstərir. Biz digər alman şirkətlərini dəvət edirik ki, onlar da burada iştirak etsinlər”.
