Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (15-08-2016, 17:30)
Səfir: “Merkel Azərbaycanla əlaqələrə böyük maraq göstərir”

Səfir: “Merkel Azərbaycanla əlaqələrə böyük maraq göstərir”

 

 

Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.
 
Mediatv.az-ın məlumatına görə, səfir M. Kindsqrab fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezidentə təqdim edib.
 
Sonra İ. Əliyev səfirlə söhbət edib.
 
Dövlət başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayıb. Bu ilin iyununda Almaniyaya uğurlu səfərini və eləcə də Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə Varşavadakı görüşünü məmnunluqla xatırlayan prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın çox fəal mərhələdə olduğunu deyib. İqtisadi sahədə böyük qarşılıqlı marağın olduğunu deyən dövlət başçısı bunun Berlində keçirilən biznes forum zamanı şahidi olduğunu qeyd edib.
 
Almaniyanın çoxlu şirkətlərinin ölkəmizdəki fəaliyyətinə toxunan prezident İlham Əliyev ölkəmizin alman şirkətlərinin Azərbaycanda təkcə kontraktor kimi deyil, eləcə də investor kimi çalışmalarında maraqlı olduğunu bildirib. Azərbaycanla Almaniya arasında qarşılıqlı inam və etimada əsaslanan siyasi dialoqun davam etdirilməsinin önəmini qeyd edən dövlət başçısı enerji, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
 
Qəbula görə minnətdarlığını bildirən M. Kindsqrab ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı Almaniyanın kansleri Angela Merkeldən və xarici işlər naziri Frank-Valter Ştaynmayerdən aydın göstərişlər aldığını bildirib. O, Angela Merkelin və Frank-Valter Ştaynmayerin sabit və inkişaf edən tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini qeyd edib. Səfir son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb. Almaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.
 
Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında enerji, təhlükəsizlik, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.(Apa)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024