Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-06-2014, 16:47)
YAP-da seçki müşavirəsi keçirildi

Bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

 

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov belə toplantıların ənənə halını aldığını bildirib. 
Əli Əhmədov qeyd edib ki, toplantılarda ölkədə keçirilən seçkilərə hazırlıq və partiyadaxili məsələlər ciddi müzakirə olunur. Bu da bütövlükdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi və seçki kampaniyalarının yüksək səviyyədə təşkil edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bu ilin dekabr ayında Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov YAP-ın bu seçkilərlə bağlı hazırlıq işləri apardığını diqqətə çatdırıb. “Məqsədimiz odur ki, bələdiyyə seçkilərində partiyamız böyük qələbə qazansın, yerli özünüidarə orqanlarında YAP-ın yüksək təmsilçiliyi təmin olunsun. İnanırıq ki, biz buna nail ola biləcəyik. YAP-ın bu seçkilərdə möhtəşəm qələbə qazanması üçün kifayət qədər əsaslar var. Bilirsiniz ki, Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. 
O cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi resurslardır. Biz inanırıq ki, bu resursların sayəsində, xüsusilə Prezidentimizin gördüyü işlərin təbliği sayəsində YAP növbəti bələdiyyə seçkilərində uğur qazanacaq, yerli özünüidarə orqanlarında partiyamızın nümayandələri geniş miqyasda təmsil olunmaq imkanı əldə edəcəklər»- deyə, YAP Sədrinin müavini vurğulayıb. 
Əli Əhmədov seçkilərlə hazırlıq məslələri ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Müşavirədə həmçinin, partiyadaxili məsələlər də geniş müzakirə olunub. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədov çıxış edib. Toplantı müzakirələr şəraitində davam edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024