Siyasət (15-12-2017, 09:36)
Bu gün Milli Məclis 39 məsələyə baxacaq
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Mediatv.az Trend-ə istinadən xəbər verir ki, iclasda ilk öncə "2013-cü il 13 avqust tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında" Protokolun təsdiq edilməsi məsələsinə baxılacaq.
Daha sonra "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. İclasda "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" layihə, Seçki Məcəlləsinə, Mülki Məcəlləyə dəyişikliklər edilməsi, o cümlədən "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında" qanuna dəyişiklik edilməsi və digər məsələlər mazakirə ediləcək.
Ümumilikdə iclasın gündəliyinə 39 məsələ daxildir.