Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-05-2017, 12:28)
"Bütün xalqların, dinlərin nümayəndələri Azərbaycanda dinc şəraitdə yaşayır" - İsrailli ekspert

"Bütün xalqların, dinlərin nümayəndələri Azərbaycanda dinc şəraitdə yaşayır" - İsrailli ekspert

 

"Azərbaycan tolerantlığı və dini dözümlülüyü ilə fəxr edir. Bütün xalqların, dinlərin nümayəndələri Azərbaycanda dinc şəraitdə yaşayır".

Mediatv.az xəbər verir ki, bunu Trend-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut deyib.

Ekspert bildirib ki, Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq tədbirdir. Siyasətçilər, alimlər, mədəniyyət xadimləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi dünya siyasi və intellektual elitasının real meydançasıdır: "Bu gün dünyada mühüm məsələləri müzakirə etmək üçün İslam, yəhudilik və xristian dinlərinin nümayəndələrinin görüşdüyü belə qlobal platforma praktiki olaraq yoxdur".

Arye Qut qeyd edib ki, IV Ümumdünya Dialoq Forumu bütün dünyada insanlara, ölkələrə və təşkilatlara müxtəlifliyə, dialoqa və xalqlar arasında qarşılıqlı anlaşmaya dəstək üzrə konkret tədbirlər görməyə imkan və stimul verir: "Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı çıxışı konkret və aydın idi: mədəniyyətlərarası dialoq olmadan bütün dünya təhlükə ilə üzləşəcək".

Ekspertin sözlərinə görə, multikulturalizm Azərbaycanda həyat tərzidir. Azərbaycanın Ermənistanla ağır və və qanlı ərazi münaqişəsinə, bir milyondan çox qaçqın və məcburi köçkün probleminı baxmayaraq, bu gün Cənubi Qafqazda lider ölkədir: "Bu faktı qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər burada özlərini heç vaxt əcnəbi kimi hiss etməyiblər.

İsrail Azərbaycan rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin yəhudi icmasına isti münasibətini yüksək qiymətləndirir".

Qeyd edək ki, Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024