Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-02-2016, 18:13)
"Azərbaycana yanaşmamızı dəyişmişik" – ABŞ səfiri

Birləşmiş Ştatlar həmişə Azərbaycanın davamlı sabitliyini və firavanlığını dəstəkləyib. Üstəlik amerikalılar Azərbaycanla davamlı və uzunmüddətli münasibətlər arzusundadırlar və həmişə azərbaycanlıların yanındadırlar.

 

Mediatv.az-ın xəbərinə görə, bu sözləri Amerika səfiri Robert Sekuta bazar ertəsi səfirlik tərəfindən paylanılmış məktubda deyib.


“Sabit və firavan Azərbaycan istər terrorçuluğa qarşı mübarizə, istər mövcud ticarət və iqtisadiyyat dəhlizlərinin inkişafı və eyni zamanda yeni dəhlizlərin yaradılması, istərsə də qlobal enerji mənbələrinin və dəhlizlərinin sabitliyinin qorunması və diversifikasıyası kimi fəaliyyətlərdə bölgədə və dünyada sabitlik və firavanlığın əldə olunmasında önəmli rol oynayır”, - deyə R.Sekuta bildirib. 

Səfirin sözlərinə görə, qeyri-müəyyən bir zamanda sürətli dəyişikliklər dövrünü yaşayan bölgədə yerləşən və sabitliyilə seçilən Azərbaycanın rolu həmişəki kimi önəmlidir. Sabitliyin və firavanlığın gücləndirilməsi ABŞ-ın Azərbaycanla olan münasibətlərinin vacib aspektlərindən biridir. 

“Lakin son 25 ildə Azərbaycan dəyişdikcə, daha çox tərəqqi əldə etdikcə, və yeni çağırışlarla üzləşdikcə biz də öz yanaşmamızı dəyişirdik. İyirmi beş il öncə bizim yardımımız əsasən münaqişə içində olan Azərbaycana göstərdiyimiz humanitar yardımlardan ibarət idi.

Bu gün isə biz azərbaycanlılarla birgə işləyərək qadın və gənclərin biznesdə uğur qazanmasına və ölkənin kənd təsərrüfatı və digər sahələrini inkişaf etdirərək iqtisadiyyatın diversifikasiyasına təkan vermələrinə kömək edirik. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) layihəsi olan Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı vasitəsilə biz Azərbaycan hökuməti ilə birgə işləyərək icmalar səviyyəsində həyata keçirilən layihələri dəstəkləyirik”, - deyə R.Sekuta bildirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024