Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-12-2015, 15:33)
"Ermənistan müdafiə naziri çarəsizlikdən başını itirib" – Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyətə dair açıqlamasına cavab verib.

Mediatv.az-a Nazirliyin mətbuat xidmətindən bildirilib ki, S. Ohanyanın ədəb-ərkandan danışdığı halda qeyri-etik ifadələr işlətməsi çarəsizlikdən başını itirmiş acizin hərəkətinə bənzəyir: “Ermənilərin cəbhəboyu zonada gərginlik yaratmalarının səbəbini Seyran Ohanyan özü boynuna alır və bunun ölkəsindəki daxili siyasi, eləcə də regional gərginliklə bağlı olduğunu açıqlayır. Uşaqların, qadınların, ahılların qətlinə əmr verən, özünün də zövqlə bu qanlı əməllərdə iştirak etməsini bəyan edən caninin heç bir mənəvi haqqı olmadığı halda ədəb-ərkandan, ləyaqətdən danışması da Seyran Ohanyanın döyüş meydanında ləyaqətini itirmiş tərbiyəsizin biri olmasının göstəricisidir. Onun açıqlaması əlacsızlıqdan, çarəsizlikdən başını itirmiş birinin hərəkətinə bənzəyir. Əlində arqumenti olmayan şəxsin açıqlamalar edərkən təhqirə yol verməsi sadəcə, acizliyin göstəricisidir. Çünki ortaya qoyulası ağlabatan bir fakt olmadıqda cılızlar həmişə xainliyə, çığır-bağıra, təhqirə əl atmaq məcburiyyətində qalır”.

Qeyd olunub ki, Azərbaycanın Müdafiə Nazirliyi S.Ohanyanın bu fikirlərini psixoloji sarsıntılara məruz qalan xəstə təxəyyülün növbəti məhsulu kimi dəyərləndirir: “Onun Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı erməni xalqının fikrini daxildəki, ordudakı ağır vəziyyətdən yayındırmaq məqsədilə atılan addım kimi qiymətləndirmək olar. Cəbhədəki vəziyyətlə bağlı ritorikası da boş danışıq və qeyri-ciddidir”.

Qeyd edək ki, S. Ohanyan cəbhədəki son vəziyyətlə bağlı Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024