Siyasət (25-11-2015, 20:41)
5 səfir və 3 konsul geri çağırıldı
Azərbaycan prezidenti İlham Əliyev Həsən Sultan oğlu Zeynalovun Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Mediatv.az xəbər verir ki, Dövlət başçısının digər sərəncamı ilə Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev həmçinin Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının Argentina Respublikasında, eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri, Tofiq Nadir oğlu Zülfüqarov isə Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Vəhdət Məmmədağa oğlu Sultanzadə isə Azərbaycan Respublikasının Türkmənistanda, eyni zamanda Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin digər sərəncamları ilə Zakir Arif oğlu Həşimov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Rəşad Eynəddin oğlu Məmmədov isə Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifələrindən geri çağırılıb.