Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (20-11-2015, 13:23)
MTN generalının Rəsul Quliyevlə telefon danışığı - təfsilat

MTN generalının Rəsul Quliyevlə telefon danışığı - təfsilat

 

 

Milli Təhlükəsizlik Nazirliyinin ifşa olunan bir qrup rəhbəri haqda hər gün fərqli və sensasion məlumatlar, ifşa xarakterli təfsilatlar ortaya çıxmaqdadır. Hazırda Azərbaycan insanının gündəmində başqa bir məsələ yoxdur. Gözlər elektron kütləvi informasiya vasitələrindədir: keçmiş nazir və onun komandası daha nələr edibmiş...
Ortadakı səhnə isə gerçəkdən vahiməlidir. Dövlətin və prezidentin etimadından sui-istifadə edərək Azərbaycanın iş sektorunu, orta və iri biznesini çökdürən bir qrup ölkənin milli təhlükəsizliyinə ən böyük təhdid imiş. Azərbaycanın milli təhlükəsizliyini qorumalı olan komanda ancaq düşmənin edə biləcəyi bir əmələ imza atıb. Nazirlərdən bir neçəsini də şantajla tərəfinə çəkərək, bütövlükdə iş sektorunu çökdürmüş, iş adamlarına, sahibkarlara divan tutmuş, ölkənin iki ən böyük banklarını “xortumlamış”,  dövlətin iqtisadi qüdrətini sarsıdacaq addımlara yol vermişlər. 
Bu dəstənin cinayətləri yalnız iqtisadi sferada olmayıb; təkcə varlanmaq məqsədi güdməyib. MTN-in başında duran və özlərinə başqa sferalarda da tərəfdar toplayan dəstə iqtidarda əsas söz sahibinə çevrilmək, siyasi hakimiyyətə kontrolu təmin etmək üçün bir sıra qanunsuz, vətənə xəyanət sayıla biləcək addımlar da atmışlar. Böyük ehtimalla, xarici qüvvələrdən birinin də yaxından iştirakı ilə dövlət rəhbərlərinin iç və dış (kənar) danışıqları dinlənilmiş, dövlət rəhbərləri gizli şəkildə izlənmiş və bütün bunlar dosyeləşdirilmişdir.
Beynəlxalq Bank işi ilə bağlı cinayətlər ortaya çıxanda hər kəs əmin idi ki, bunca masştablı mənimsəmələr, özbaşınalıqlar  yalnız bankın rəhbəri Cahangir Hacıyev səviyyəsində ola bilməzdi. Onun mütləq bir hamisi var; bütün nəzərlər də C. Hacıyevin qudası Eldar Mahmudovun üzərində fokuslaşmaqda idi. Lakin o zaman Eldar Mahmudov qüdrətinin pikində idi; kimsə onun haqqında danışa və yaza bilmirdi. Hətta prezidenti hər fürsətdə tənqid və çox zaman da təhqir edən Əli Kərimlinin mediadakı və sosial şəbəkələrdəki qırğıları da uzun illər idi ki, Eldar Mahmudov haqqında heç nə yazmır; Kərimli özü isə bu adam haqqında heç nə danışmırdı. Mətbuat sənayesinin içində olan hər kəs bilir ki, Kərimli və onun adamları bunu yalnız bir halda edirlər: ünvanına susduqları məmur (şəxs, vətəndaş) onlara illik xərac ödəyir, əlaqə yaradır və üstəlik, özü barədə susmaq məcburiyyəti yaratmaqla, həm də başqaları haqda da kompromatlar ötürürlər. Bu baxımdan, siyasi kluarlarda Əli Kərimli ilə Eldar Mahmudovun gizli anlaşma içərisində olduğu hər zaman danışılan mövzu idi. İddialara görə, Əli Kərimlinin müavinlərindən biri də məhz bu əlaqələr sayəsində yüz faizli həbs təhlükəsindən qurtula bilmişdi... 
Lakin zaman gəldi, prezident Eldar Mahmudovu işdən çıxartdı və səhnəni örtən pərdə aradan qaldırıldı. İndi hər kəs özünü bu səhnəyə atıb, Eldar Mahmudov barəsində bildiklərini qışqırır. Bu həşirin içində ən çox eşidilən “səs” də Kərimovcu medianın səsidir; onun sosial şəbəkələrdəki dəstəsi də MTN-in keçmiş şefi ilə anlaşmanı artıq qüvvədən düşmüş sayan liderlərinə baxaraq, düzlənir...
Beləliklə, məlum olur ki, Eldar Mahmudov və onun qorxulu dəstəsi böyük cinayətlərə imza atıb. Lakin MTN-in keçmiş şefini və onun ifşa olunan dəstəsinin əhəmiyyətli fiqurlarını həbs etmirlər. “Niyə”, deyə azərbaycanlılar bir-birilərinə sual verir. Bizimkilər adətən verdikləri suallara sonra dönüb özləri də cavab verirlər; lakin bizi abıvatelin qurduğu bəsit ssenarilər az maraqlandırır. Məlumatlarsa bir gerçəyi ortaya qoyur. Mahmudovu və digərlərini ona görə tutmurlar ki, hazırda onların mənimsədikləri vəsaitlərin və əllərində olan mal varlığının əhəmiyyətli bir hissəsi geri qaytarılır, “milliləşdirilir” . Bundan sonra böyük ehtimalla, həm Eldar Mahmudov, həm də onun cinayətkar dəstəsinin əksər üzvləri həbs olunacaqlar.
Hazırda yaxın gələcəkdəki bu həbsləri əsaslandırmaq üçün lazım olan bütün işlər görülür. MTN-in ifşa olunan rəhbərlərinin əməllərini araşdırmaq üçün xüsusi bir komissiya qurulub; Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, prezidentin təhlükəsizlik xidmətinin rəisi  Bəylər Əyyubovun rəhbərlik etdiyi bu komissiya Mahmudov çetesinin cinayətlərinin və mənimsəmə prosesinin miqyaslarını müəyyən etməklə məşğuldur. İddialara görə, artıq layiqli dosye hazırlanıb, ifşa olunan MTN rəhbərləri və onlara xidmət göstərən digər sahələr üzrə vəzifəli məmurlar yaxın zamanlarda Kürdəxanıdakı həbsxanaya aparılacaqlar.
 
Komissiyanın araşdırdığı və hazırladığı mövzulardan, dosyelərdən bəziləri kiçik parçalarla da olsa, mətbuata sızır. Onların bir çoxunu yazıya çevirərək, dərc etmişik. Bir hissəsini indiyə qədər ‘düzdüyümüz cümlələrdə əritdik; daha bir qismi də var; bundan sonrakı cümlələr də onlara həsr olunacaq.
Həmin məlumatlardan birində iddia olunur ki, MTN-in müavinlərindən biri -  konkret ad da çəkilir -  Elçin Əliyev (prezidentin sərəncamı ilə artıq işdən qovulub) Dubayda olarkən Azərbaycan parlamentinin sabiq spikeri, siyasi mühacir Rəsul Quliyevlə telefonla danışıb: “Bu danışığı ”Mahmudov dosyesi"ni Azərbaycan rəhbərliyinə verərək, onun ifşasına səbəb olmuş Rusiya xüsusi xidmət orqanları fiksə edib, yazdırıblar. MTN generalı ilə Rəsul Quliyevin arasındakı danışıqlar şifrəli olub, lakin orada 28 oktyabr tarixi bir neçə dəfə təkrar edilib; məhz həmin tarixdə nəsə olacağı barədə iki-üç dəfə işarəli təkrarlar səsləndirilib. Bu məlumat və bütövlükdə Eldar Mahmudov dəstəsinin ölkəmizə xəyanətini sübut edən dosyeni Azərbaycana verəndə oktyabrın əvvəlləri olub. Daha sonra, oktyabrın ortasında əlavə və təsdiqləyici dosyelər daxil olub. Oktyabrın 17-dən ölkə prezidenti neytrallaşdırma prosesinə start verib: Eldar Mahmudov işdən çıxarılıb, nəzarətə götürülüb; onun bütün imkanları sıfırlanıb və ölkədə qeyri -rəsmi şəkildə fövqəladə vəziyyət yaranıb. Proses davam edir. Lakin məhz bu nüans barədə ictimaiyyətə məlumat sızdırılmır..."
 
Hörmətli Rəsul Quliyevin adı 10 il öncə, məhz 17 oktyabra təsadüf edən proseslərdə də hallanıb. O zaman hakimiyyətin içindən bir dəstə Qərbin demokratiya desantları ilə əlaqəyə girərək, prezidenti devirmək və iş başına Rəsul Quliyevi gətirmək kimi bir avantüraya baş vurmuşdular. O zaman bir neçə nazir həbs olundu; prezident İlham Əliyev çevriliş cəhdinin qarşısını aldı və Rəsul Quliyevin Bakıya enməli olan təyyarəsi Ukraynaya qondu. Proseslərə ciddi dəstək verən (bu barədə kimsə danışmağa cəsarət etmir) C.Əliyev isə siyasi səhnədən birdəfəlik uzaqlaşdırıldı. 
Lakin indi vəziyyət bir başqadır. Keçmiş spiker Rəsul Quliyev bütün siyasi proseslərdən kənarlaşıb; onun Azərbaycana dönməyə ümidləri belə qalmayıb; məlumatlı qaynaqlar iddia edirlər ki, cənab Quliyev Bakıdakı əmlaklarını da satdırır və artıq Azərbaycandan gözünü də, mal varlığını da yığır. Belə olan halda, onun Azərbaycan iqtidarının içindəki bir qrupla əlaqədə olaraq, seçkiqabağı yenidən hansısa cəhdlərdə bulunması məntiqsiz görünür. Buna görə də bu fraqmenti  daha dərindən araşdırmaq qərarına gəldik.
Rəsul Quliyevin yaxın adamlarından biri bizim  sualları dinləyərək, aşağıdakı məzmunlu mülahizəsini söylədi: “Ola bilər ki, Rəsul müəllim həmin MTN generalı ilə satdığa qoyduğu bağı haqda danışıb. Çünki mənə məlumdur ki, onun Bilgəhdəki ”6 bağlar"ına generallardan biri müştəri çıxıbmış. Bu bağlar Bilgəhin ən gözəl yerindədir, olduqca dəyərlidir. Mümkündür ki, müştəri məhz general Elçin Quliyevdir; onlar bu barədə danışıblar, alqı-satqı tarixi kimi də 28 oktyabra anlaşıblar; yəqin  ki, bu zaman qabiliyyətləri çatan şəkildə, işarələrlə də danışıblar; danışığın fiksəsi zamanı isə tərəflərin kimliyi məzmunun fərqli interpretasiyasına səbəb olub. İnanmıram ki, Rəsul Quliyevin indi Azərbaycanda hansısa vəzifəli məmurlara təsir etmək imkanları qalsın".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024