Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-11-2015, 18:38)
Səfir Bakıda İrana qarşı aksiya keçirənləri təxribatçı adlandırdı

pak-ayin_Xezerinfo_az

 

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ölkəsinin dövlət televiziyasının 2-ci kanalında türklərin təhqir olunmasına münasibət bildirib.
Mediatv.az-ın məlumatına görə, səfir bu barədə jurnalistlərə verdiyi açıqlamada deyib ki, “Fitilə” proqramı azərbaycanlılara qarşı hörmətsizlik etmək fikrində olmayıb.
““Fitilə” proqramı yeniyetmə və gənclər üçün yumoristik səhnələr hazırlayır. Bu proqram heç bir vəchlə İranda yaşayan etniklərə, o cümlədən azərbaycanlılara qarşı yönəlməyib. Hətta bu proqramı hazırlayan və icra edənin özü də azərbaycan dillidir. O, bu işdən sonra Azərbaycan dilində çıxış edərək azərbaycanlılardan üzr istədi. İranın Radio və Televiziya təşkilatının sədri də üzrxahlıq etdi”.
Möhsün Pakayin bir neçə ay bundan öncə ANS-in efirində hicablı xanımların təhqir edilməsi ilə “Fitilə” proqramındakı çıxışı müqayisə edib:
“Yadımdadır, bir neçə ay bundan öncə ANS-in efirində xanım aparıcı (Elnarə Təhməzova-red) hicablı xanımlara qarşı hörmətsizlik etmişdi. Bundan sonra dindarlar etiraz səsləndirdilər. Bundan sonra həm aparıcı, həm də ANS televiziyası dindarlardan üzr istədi”.
O, azərbaycanlıların təhqir olunmasına etiraz əlaməti olaraq İran səfirliyinin qarşısında aksiya keçirənləri isə təxribatçı adlandırıb.
“Bəzi təxribtaçı qüvvələr vəziyyətdən istifadə edərək İranla Azərbaycan arasındakı münasibətləri korlamağa cəhd edir. Onlar 30-40 nəfərlik qrup şəklində İran səfirliyinin qarşısında aksiya keçirir, separatçı şüarlar səsləndirirlər. İrandakı azərbaycanlılar da “Fitilə” proqramındakı xoşagəlməz hala görə etirazlarını bildirdilər.
Lakin onlar imkan verməz ki, bəzi qruplar bundan sui-istifadə edib siyasi ambisiyalarla çıxış etsinlər. Mən Azərbaycanın ziyalı, müdrik xalqına təşəkkür edirəm. Çünki onlar kiçik qrupların fikirlərinə uymadılar və onların iddialarını heçə saydılar”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024