Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (11-11-2015, 15:29)
İranda etirazlar qızışır - Polis azərbaycanlı qadınları döydü

 

 

İranda azərbaycanlıların kütləvi etiraz aksiyaları davam edir. 
Mediatv.az xəbər verir ki, ölkənin Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkin, Tehran şəhərlərində yaşayan azərbaycanılar etiraz edərək İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türklərinin iyrənc bir şəkildə açıq-aşkar təhqir edilməsini qəbuledilməz olduğunu bildiriblər. 

Təbriz aksiyasında hüquq mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edib və aksiya iştirakçılarını döyərək dağıtmağa çalışıblar.

Şahidlərin dediyinə görə, Sirahi-Əmində (Üç yol qovşağı) isə mülki geyimdə olan şəxslər qadınlara hücum edərək onları döyüb və havaya atəş açıblar.

Şahidlərin bildirdiyinə görə, Təbrizdə Şərqi Azərbaycan valiliyinin qarşısında isə etirazçılarala polis arasında toqquşmalar baş verib. Urmiyada hüquq mühafizə orqanlarının əməkdaşları əsas prospekti və bazarı bağladıqlarına görə bir çox insan bazarin içindən çıxa bilməyiblər.

Meşkinşəhərin də İmam xiyabanında etirazçılar “Haray, haray mən Türkəm”,”Ölüm olsun rasizmə” və s. kimi şüarlar səsləndiriblər. Burada da polislərlə etirazçılar arasında toqquşmalar baş verib.

Tehranin “Topxana” meydanında toplaşan etirazçılar İranın Radio Televizyasına öz etirazlarını bildirdilər. Etirazçılar Təbrizdə “Osdandari” və “Rasta” küçəsində, Urmiyada əsasən “Sərdaran”, “Əyalət”, və “Xəyyam” küçələrində, Zəncanda “İnqilab” meydanında toplaşaraq öz etirazlarını bildirdilər.

Son verilən xəbərə görə, 47 nəfər saxlanılıb. Urmiyada ən az 14 nəfərin saxlanılması haqqında xəbər verilir. Təbriz və Urmiyada saxlanılanların kimliyi barədə hələ məlumat yoxdur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024