Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (22-10-2015, 22:12)
Əli Nağıyev “MTN əməliyyatı”ndan DANIŞDI: - “Bəzi şeyləri desəm, çox adamın kürkünə bit düşəcək”

 

General-polkovnik Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi Azərbaycan cəmiyyətində böyük rezonans doğurub. Media bir neçə gündür bu mövzunu müzakirə etməkdədir.

Eldar Mahmudovun işdən çıxarılmasından sonra Baş Prokurorluğun yaydığı açıqlamada bildirildi ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 7 yüksək rütbəli zabiri vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə həbs olunub. 

Modern.az saytı MTN-də baş verənlərə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyevdən münasibət öyrənib. Ə.Nağıyev olayla bağli fikirlərini bildirib:

“Çox təəssüflər olsun ki, bu bizim millətə xas olan xüsusiyyətdir. Yıxılana balta vuran çox olur. Buna mən tarixdən də çoxlu misallar gətirə bilərəm. Nizamidən, Nəsimidən tutmuş, Hüseyn Cavidə qədər. Dünən, bir ay bundan qabaq az qalırdı desinlər ki, yıxılan evin dirəyi odur, bu gün isə başlayıblar baltalamağa. Yəni yıxılana balta vurmaq bu millətin xüsusiyyətidir. Ancaq Allah məni bu missiya ilə yaratmayıb. Allah məni ayrı missiya ilə yaradıb. O cür işlərlə məşğul ola bilmərəm. Kim nə deyirsə, öz işidir. İkinci bir tərəfdən isə söhbətə başlayıb məsələni çözməyə çalışsam, çox şeyləri gərək deyəm”.

Eks-nazir bildirib ki, məsələni dərindən açıb ortaya qoysa, o zaman bu məsələnin bu qədər eybəcər hala gəlib çıxmasında günahkar olanların hamısının eybi açılacaq: 

“Onda da çox adamların kürkünə bit düşəcək. Çünki hələ Heydər Əliyevin zamanından başlayaraq, bu məsələ ilə əlaqəli çox şeyləri bilirəm. Ona görə məsələnin üzərindən qısa keçirəm. Milli Təhlükəsizlik Nazirliyi hansısa başqa nazirlik deyil. Bu nazirlik dövlətin həm qulağıdı, həm də gözü. Əgər 7 nəfər general və polkovnik olan ən yüksək rütbəli zabitlər həbs olunursa, deməli, dövlətin qulağı da, gözü də xarab imiş. Bu çox pis şeydir. Sadəcə, bunu deyə bilərəm ki, Allah bundan betərindən qorusun”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024