Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (9-09-2015, 16:33)
Bəylər Əyyubovun adından istifadə edə-edə bura gəldi... - Bəs bundan sonra?..

Ölkənin tikinti sektoruna söz sahibliyi edən dövlət qurumu kimi, "Azəraqrartikinti" ASC əsasən dövlət sifarişləri ilə gerçəkləşən layihələrin avanqardı hesab olunur.

Təxminən 8-10 il ölkənin tikinti bazarında demək olar ki, heç bir ciddi iştirakı ilə seçilməyən bu qurumun bəxtinin gözlənilməz "açımı" lap tarixi filmlərdəki xəyal projelərinə bənzəyir.

Elə "Azəraqrartikinti" ASC-nin sədri, millət vəkili Ağalar Vəliyevin özü də bu "bəxt açılımına" deyəsən inanmırdı. Lakin son bir neçə ildə ölkənin inkişafından xəbər verən tikinti bumunda bu qurumun yeri yavaş-yavaş möhkəmləndirilməyə başlandı. Tenderlərdə daha tez-tez yada salınan "Azəraqrartikinti"nin obyektləri sanki həndəsi silsilə ilə artdıqca Ağalar Vəliyevin nüfuzu da paralel olaraq öz "renesans" mərhələsinədək yüksəldi. Bu gün Milli Məclisin deputatı Ağalar Vəliyevn rəhbərlik etdiyi Səhmdar Cəmiyyəti büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan birincisi hesab olunur. Qurumun Bakıda və respublikamızın rayonlarında fəaliyyət göstərən 40-dan artıq filialı sözün həqiqi mənasında sel kimi axan tikintilərin öhdəsindən heç podratçı və subpodratçı kimi də gələ bilmirdi. Bəzən elə olurdu ki, bu quruma məxsus layihələr tamamilə özgə kommersiya subyektlərinin icrasına verilib. Bu ötür-ötürün qanuni olub-olmamasının fərqi yoxuydu, çünki Ağalar Vəliyevin istəyi beləydi. Adam inanmaq istəmir ki,bu günəş İllər öncə az qala hansısa bir neçə min manatlıq vergi borcunu ödəmək iqtidarında olmayan "Azəraqrartikinti"nin bəxtinə sifarişlə doğub. Ağalar Vəliyev bunu yaxşı bilirdi, odur ki, əlinə düşmüş fürsəti fovtə vermək fikrində deyildi. Beləliklə, məhz ölkədəki tikinti bumu sayəsində çox çətin maliyyə durumunda olan bu qurumun xilası mümkün oldu. Lakin daha çox qazanan isə Ağalar Vəliyev idi. Hər halda millət vəkilinin qurduğu cənnət və ərsəyə gətirdiyi ləl-cəvahirat səltənəti bunu az qala dil açıb Azərbaycan hökumətinin, o cümlədən baş nazirin müavini Abid Şərifovun qulağına pıçıldayır. Görünür, Abid müəllim Ağalar Vəliyevin nəyə qadir olduğunu hamıdan yaxşı bilir. Yoxsa, ona etibar etməzdi. Bu etibarın hansısa maddi umacaqlara söykəndiyini iddia etmək fikrində deyilik. Lakin, hər nədisə, diqqətçəkən bir məqam Azərbaycan adamını çaşbaş salıb. Milli Məclisin yüksək tribunasından son 5 il ərzində 5 dəfə çıxış etmək iradəsini ortaya qoya bilməyən bir adam nədənsə, baş nazirin müavininin kampaniyasında xeyli cəsarətli təsir bağışlayır. Buna əslində Ağalar Vəliyevin mənəvi haqqı da çatmamış deyil. Tikinti bumunda əldə edilmiş uğurların çox sanballı faizi elə idarə heyəti sədrinin payına düşmürmü?

Bu gün paytaxtda və bölgələrimizdə onlarla, bəlkə də yüzlərlə səhiyyə, mədəniyyət, təhsil və idman obyektinin tikintisi "Azəraqrartikinti"nin ümidinə qalıb. Ona görə ümidinə qalıb ki, Səhmdar Cəmiyyət əslində dövlət təminatı olmadan işləmək qabiliyyətində görünmür. Hazırda "Azəraqrartikintinin" nəzarətində olan əksər tikintilərdə işlərin müvəqqəti dayandırılmasını müşahidə etmək olar. Bu nə deməkdir? Hanı üst-üstə milyardları aşan layihələrin gətirdiyi dividendlər? Necə olur ki, dövlət subsidiyası olmadan bu qurum daşı daş üstünə qoymaq iqtidarında görünmür? Açıq danışmaq lazımdır. Burda dövlətin büdcə vəsaitlərinin ayrı-ayrı yüksək ranqlı məmurlar tərəfindən pay-püş edilməsini ehtimal etməyə ciddi əsaslar var. Ağalar Vəliyevin bu işdə də müəyyən təcrübəsinə işləyən sirləri az deyil. Gəlin, məsələyə bir qədər dərindən nüfuz edək. Araşdırmaçıların rəyinə görə, tenderlərin qanunvericiliyə uyğun keçirilməməsi tenderə qatılan iddiaçiları da razı salmır.Belə ki, əslində hərraca qoyulan tenderin özüdür. Yəni, daha çox pul təklif edən oyunu da aparır. Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin bir neçə il öncə apardığı monitorinqlərdən sonra tenderlərin şəffaf olmamasını təsdiqləyən faktlar üzə çıxmışdı. Belə vəziyyət vəsaitlərin təyinatından yayındırılmasına, obyektlərin az vəsaitə tikilməsinə, bir sıra tikinti işlərinin isə təxirə salınmasına gətirib çıxarıb. Mütəxəssislərin rəyinə inansaq, tikintisi gedən obyektlərin çoxunda görülən iş layihədə göstərilənlərin 30-40 faizi həddində olur, yerdə qalan vəsaitlər isə sağa-sola yox edillər.

Keçirilən ən "bahalı" tenderlərdə "Azəraqrartikinti" ASC-nin qalib elan edilməsi artıq "ənənə" şəklini alıb. Maraqlıdır ki, Ağalar Vəliyevin rəhbərlik etdiyi qurum məhz bu sistem üzrə xeyli irəli düşüb. Söhbət müsabiqələrdə podratçı statusunu qazandıqdan sonra layihənin yenidən qeyri-rəsmi satışa çıxarılmasından gedir. Buna oturduğun yerdə pul qazanmaq da deyirlər. Araşdırmaçıların iddialarına görə, bunun üçün podratçı və subpodratçılar "faiz" ödəyirlər. Onların "faiz normativləri" isə fərqli olur. Belə ki, podratçılar ilkin mərhələdə 10+2 faiz, sonrakı mərhələdə isə 6+3 faiz rüşvət ödəməli olurlar. Subpodratçının isə vəziyyəti bu mənada daha ağırdır. Onlardan vəsaitin birbaşa 30-35 faizi tutulur. Beləliklə, subpodratçı tikintiyə başlamadan məbləğin artıq 40 faizə qədərini itirir. Bütövlükdə məbləğin azı 50 faizi tikintiyə qoyulmur. Yerdə qalan vəsaitdən isə podratçı həm özünə qazanc çıxarır, həm də ona həvalə olunan işləri görür. Düzdür, hazırda "Azəraqrartikinti" ASC-nin istifadəyə verməli olduğu xeyli sosial obyektdə işlər dondurulub. Lakin elə işlə də vardır ki, onu bir an belə dayandırmaq fikrində deyillər.

Ağalar Vəliyev ölkədə qurduğu cah-cəlalla qənaətlənməyərək yeni işbirliklərinə baş vurmaqdadır. Hörmətli millət vəkili deyəsən, "Azəraqrartikinti"nin hesabına daxil olan vəsaitlərin xaricə transferi üçün imkan və şəraitin yaradılmasının da qeydinə qalır. "Azəraqrartikinti" ASC-nin və "Pim proje yönetim inşaat mimarlıq sanayi ve ticaret anonim şirketi"nin Tam Ortaqlığı adı altında fəaliyyət göstərən kommersiya qurumunun üzərinə bu məsələdə konkret hansı məsuliyyətin qoyulduğunu qoy maliyyə nəzarəti qurumları desin. Bu ortaqlığın türkiyəli tərəfdaşının anonimliyinə diqqət yetirin. Bəzi xəbərlərə görə əslində hər iki tərəfin "çiyinlərində" millət vəkili Ağalar Vəliyevin ağır əli var.

Vertikal.az

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024