Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-09-2015, 22:27)
Çirkli pulları, otelləri və oğlanları ilə yadda qalan deputat: Fərhad Qəribov

Fərhad Qəribov 1952-ci ildə Kürdəmir rayonunda anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib. Müxtəlif vəzifələrdə çalışıb. 10 ildir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 
Görəsən 10 illik deputatı ictimaiyyət və media tanıyırmı? 
“Fərhad Qəribov 10 ildir ki, millət vəkilidir. Bu millət vəkilinin son çıxışı yadınıza gəlir? Hansı mövzuda çıxış etmişdi? Hər hansısa fəaliyyətini xatırlayırsınızmı?” cəmiyyətin güzgüsü sayılan media nümayəndələrinə müraciət etdik.

295005_113545165521046_1967841647_nFamil Cəfərli, virtualaz.org saytının baş redaktoru: “Fərhad Qəribov adlı deputatın bütün ictimai-siyasi fəaliyyətini və qanun qayırmaq qabiliyyətini yalnız ona məxsus “Şəki” restoranı barədəki xəbərlərin içindən eşib tapmaq olar. O restoran gah yanıb, gah nəsə olub. Vəssalam. Başqa heç bir xüsusi özəlliyi ilə yadımda qalmayıb. Hə, bir də bankı, babat biznesi var. Arada fəhlələrinin maaşını yubandırdığı üçün gündəmə gəlib. Çıxışına gəlincə isə yəqin “susmaq qızıldır” sözündən xoşu gəlir”.

10978543_649290645198654_8976936423658519776_nSəxavət Məmmədov, Olke.az saytının əməkdaşı: “Fərhad Qəribov parlamentdə lal, kar, kor deputatlar siyahısına başçılıq edənlərdən biridir. Onun n ilk nə də son çıxışın xatırlamıram. Fərhad Qədirov daha çox çirkli biznes qalmaqalları, oğlanlarının adının vergidən yayınmada hallanması ilə yadda qalıb”.

 

 

z_e_pasasoyElşad Paşasoy, Musavat qəzetinin əməkdaşı: “Mən 10 ildən çoxdur parlament jurnalistiyəm, amma təəssüf ki, Fərhad Qəribovun çıxışını eşitməmişəm”.

 

 

E81E2014-D164-4E25-8724-8ACA447513D7_cx11_cy17_cw89_mw1024_s_n_r1Coşqun Eldaroğlu, yazar, jurnalist: “Mən Fərhad Qəribovun sağ olduğundan hər dəfə parlament seçkisi zamanı xəbər tuturam. Bildiyimə görə, otel biznesi sferasında böyük uğurları var. Ola bilər ki, sahib olduğu oteldə personal qarşısında çıxış eləyir, amma parlamentdə görməmişəm”.

Görünən odur ki, Fərhad Qəribov deputat kimi yox, daha çox özünün çirkli biznesi ilə yadda qalıb. Şübhəsiz ki, bu da onun fəaliyyətsizliyinin əks nəticəsidir.

Kamran Ədalət

Yenicag.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024