Siyasət (5-07-2015, 17:46)
AXCP-dən daha bir istefa
"Bu ilin yanvar ayından AXCP Sabunçu rayon şöbəsindən mənə qarşı sədr tərəfindən etik normalara uyğun olmayan hərəkətlər baş vermişdi, sədr məni telefonda söymüşdür və mən Əli bəyin (Əli Kərmili: red) şəxsi səhvəsində Əbülfəz Qurbanlıya NTK sədrinə ,Məclis sədri Həsən Kərimova, Fuad Qəhramanlıya bu haqda məlumat vermişdim. Lakin bu günə kimi heç bir tədbir görülməmişdir. Bu ilin 28.06.2015-ci il tarixində isə rayon şöbəsinin konfrans baş tutmuş və məndə həmin konfransda iştirak etmişdim. Mən də namizədliyimi irəli sürdüm lakin seçki zamanı dözümsüzlük nümayiş etdirən Məclis sədrinin ( Rəfail Həsənovun ) oğlu oturduğum yerdə yumuruqla məni vurdu və bu AXCP sədrin müavini Nürəddin Məmmədlinin, NTK sədri Arzuman Məcidlinin yanında baş verdi. AXCP Sabunçu rayon şöbəsi saxta seçki keçirdi və Allahverdi Allahverdiyevi sədr seçdilər. Mənə qarşı göstərilən tərbiyəsizliklə bağlı müraciət etsəmdə bu günə kimi tədbir görülməmişdir. AXCP sədrinə yazaraq bildirmək istəyirəm ki məni Sabunçu rayon şöbəsinin üzvülüyündən azad edəsiniz."