Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-08-2015, 16:57)
Keçmiş dissident prezidentə müraciət etdi- Azərbaycana gəlmək istəyir

Keçmiş dissident prezidentə müraciət etdi- Azərbaycana gəlmək istəyir

Bir müddət öncə hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunan və barəsində beynəlxalq axtarış verilən Elnur Məcidli Azərbaycana qayıdır. 

 

Bu barədə E.Məcidli özü məlumat yayıb. O bildirib ki, prezident İlham Əliyevə müraciətinə müsbət cavab verilib: “Sizinlə bir şad xəbəri artıq paylaşmaq qərarına gəldim. Bir müddətdir, Azərbaycana qayıtmaq öz vətənimə xidmət edə bilmək və həmçinin ölkə prezidenti ilə görüş üçün həm hörmətli Əli Həsənova, həm də cənab prezidentə müraciət ünvanlamışdım.

Keçən həftənin cümə günü Prezident Administrasiyasından edilən telefon zəngində müraciətimin qısa zamanda reallaşa biləcəyi deyilib.

Buna görə başda cənab prezident İlham Əliyev, prezidentin köməkçisi Əli Həsənov olmaqla, əməyi keçən hər kəsə təşəkkür edirəm! İnşallah, çox qısa zamanda vətəndəyəm!

Beş il aradan sonra doğma Azərbaycana qayıdacağım üçün həyəcanlıyam”.

Elnur Məcidli 2011-ci ildə sosial şəbəkələrdə “11 mart - Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçılarından biri olub. Onun barəsində Cinayət Məcəlləsinin 281.1(hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) cinayət işi açılıb, həmin ilin iyun ayında isə E.Məcidli barəsində açılmış işə xitam verilib. O, eyni zamanda ABU-nun sabiq rektoru Elşad Abdullayevin köməkçisi idi.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024