Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (19-08-2015, 15:06)
Seçkiqabağı dezinformasiyaların qarşısı alınmalıdır

 

 

 

Müdrik bir deyim var: “Yalanların ən qorxulusu azacıq təhrif olunmuş həqiqətdir”. Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Asif Əzizov işdən çıxması barədə təhrif olunmuş məlumatlar yayılıb. İlk əvvəl bu xəbərə rəsmi şərh verilməməsi informasiyanın yanlışlığına yol açıb. Əslində xəbər özü-özlüyündə heç rəsmi şərhlə müşayiət olunası qədər əhəmiyyətli sayıla bilməzdi. Amma…

Görünür, Cəlilabadda bu hadisəni siyasi alver predmentinə çevirməyə çalışanlar da varmış. Radikal müxalifətə xidmət edən destruktiv KİV-də gedən yazılara görə Asif Əzizov Cəlilabadda böyük nüfuza sahib olan Kərəm və Malik Həsənov qardaşlarının guya zavalına gəlib. Bildirildiyinə görə, guya prezidentin avqustun 11-də baş tutan Cəlilabad səfəri qarşılığında hazırlıq işlərinin gedişi ilə maraqlanan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  hörmətli Kərəm Həsənov və bu rayondan deputat seçilmiş millət vəkili Malik Həsənov müşahidələrindən narazı qalmış və RİH başçısının suçlu bildikləri müavininin vəzifədən kənarlaşdırılmasına nail olublar.

Həsənov qardaşlarının ambisioz olmadıqlarını yaxşı bildiyimizdən, məsələ ilə bağlı öz araşdırmalarımızı apardıq. Bizə təəccüblü görünən həm də o idi ki, cəlilabadlıların hərarət və coşqu ilə qarşıladıqları ölkə başçısının Cəlilabad səfərində hər şey yüksək səviyyədə təşkil olunsa da, bütün baş verənlərə əyri prizmadan baxmaq kimlərəsə lazım imiş. Rayon İcra Hakimiyyətindən məsul şəxslərə zəng vurub öyrəndik ki, Asif müəllim məhz çoxdan şikayətləndiyi səhhət durumu ilə bağlı ərizə yazıb, işdən öz xahişi ilə çıxıb. Aşkar hiss olunur ki, belə bir həqiqətə uyğun olmayan informasiyanın dövriyyəyə buraxılması məqsədli şəkildə hazırlanıb. Ölkədə parlament seçkilərinin yaxınlaşmasını nəzərə alsaq, təxmin edə bilərik ki, məqsəd Malik Həsənovun yenidən deputat seçilməsinə gedən yolunun üstünə maneələr qurmaqdır.

 Ancaq tərəqqipərvər Cəlilabad vətəndaşları bu eldən çıxıb bütün Azərbaycan xalqının seçilməsinə çevrilən, nəcabətli nəslin ləyaqətli övladları – Kərəm və Malik Həsənov qardaşlarını və onların haqqında yayılan və yayıla biləcək məlumatların düzünü əyrisindən, doğrusunu yalanından seçməyi bacarırlar. Doğma Cəlilabadın və eləcə də bütün respublikanın inkişafına əhəmiyyətli töhfələr vermiş bu şəxslərin nüfuzuna xələl gətirməyə hesablanmış hər hansı cəhd uğursuzluğa məhkumdur.

Əfqan Quliyevшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024