Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-03-2014, 16:35)
“Azərbaycan müxalifəti Putindən niyə çəkinir?”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində Azərbaycan müxalifətinin Rusiyanın son davranışları qarşılığında susqun mövqe tutmasına dair mətbuatda başlamış polemikaya geniş münasibət bildirib.
Mediatv.az" Əli Əliyevin həmin statusunu təqdim edir:
“Qələminə və Şəxsinə hörmətlə yanaşdığım jurnalist Azər Rəşidoğlu bu gün bir sıra mətbuat vasitələrində “Azərbaycan müxalifəti Putindən niyə çəkinir?” adlı maraqlı bir məqalə yazıb.
Məqalədə Azərbaycan siyasi həyatının son durumu Azər bəyin baxış prizmasından ona xas peşəkarlıqla ifadə edilib. Əvvəldən onu qeyd edim ki, Rəşidoğlu imzası uzun müddətdir mənim diqqətimi özünə obyektivliyi, cəsarəti, prinsipiallığı və vətəndaş mövqeyi ilə cəlb etmişdir. 
Yeri gəlmişkən, istinad etdiyim son yazı da, məhz sadaladığım keyfiyyətləri özündə cəmləmiş yazıdır. Hörmətli müəlliflə polemikaya girmək niyyətindən uzağam, çünki yazı ictimai maraqlar nöqteyi-nəzərindən böyük önəm kəsb edir. Lakin bəzi faktları yada salmağı özümə borc bilirəm.
Həqiqətən də müəllifin qeyd etdiyi kimi, yer aldığımız siyasi coğrafiyada baş verənlər qarşılığında mövcud sükunət "biabırçılıq" kimi dəyərləndirilməlidir. Bütövlükdə bütün Şərqi Avropanın müqəddəratına həlledici təsir göstərə biləcək, dünyanın əsas siyasi oyunçularının qatıldığı irimiqyaslı prosesi sanki ölkədə aidiyyatlı çox adam nə görür, nə də eşidir. Əlbətdə ki, bu ilkin təəssüratdır, müvafiq olaraq aldadıcıdır.
Susqunluğun 2 variantı ola bilər: 
1. Ətrafımızda nəyin baş verdiyini nə iqtidar, nə də müxalifət təmsilçiləri anlamır- az inandırıcı, ehtimal xarakterli versiyadır.
2.Siyasilər və təşkilatlar Rusiyanın siyasi və hərbi perspektivini göz önünə alaraq, özlərini "yuxulu"luğa vururlar. Hakimiyyət mənsubları əllərində olanları - iqtidarı və əmlaklarını itirməmək, digərləri isə siyasi mübarizədə Rusiyanı özünə qarşı çevirməmək, yaxud onun dəstəyini əldə etmək üçün susurlar.
Mənə elə gəlir ki, nəzəri, həm də praktik baxımdan susmanın başqa səbəbi ola bilməz. Ona görə də ikinci qrupda yer almış siyasi təşkilat və siyasətçiləri qinaq obyektinə çevirmək lazımdır. 
İqtidarı müdafiə etmək fikrindən uzağam. Ancaq külli hakimiyyətə, Rusiya ilə daha sıx üzvü tellərə malik komanda ilə müqayisədə Azərbaycanın müstəqilliyini qazanmış, ömrünü bu şərəfli işə sərf etmiş milli demokratik cameənin susmasını anlaya bilmirəm. 
Bu cinayətə bərabər hərəkətsizliyin fonunda, iqtidarın BMT assambleyasında Ukraynanın ərazi bütövlüyünə səs verməsi təqdirə layiqdir və qeyd olunmalıdır. Düzdür, bizim iqtidar ola bilər, praqmatik və məlumatlıdır, Rusiyanın bu qarşıdurmada daha zəif olduğunun fərqindədir. Hər hansı səbəbdən - Azərbaycanın gələcəyi üçün düzgün mövqeyi müdafiə ediblər.
Hörmətli Azər bəy yazısında digər kateqoriya təşkilatları nəzərə almayıb-susmayanları. Bu susqunluq mühitində danışanlar da var. Bir qrup insan və təşkilatlar müxtəlif səbəblərdən - Rusiyaya inam və məhəbbətindən, əqidəsindən, nostalji hissindən, marağından, öhdəliyindən - Rusiyanın işğalçı siyasətinə bəraət qazandırır. Həmin şəxslərin sırasında kifayət qədər tanınmışlar var. 
Bir neçəsini xüsusi qeyd etmək istəyirəm. Son günlər Ayaz Mütəllibov fəallaşıb. Kommunist partiyası nümayəndələri SSRİ-ni bərpa etməyə çağırış ediblər.Yaxud Moskvada məskunlaşmış Abbas Abbasov yenidən danışmağa başlayıb.
Adını çəkdiklərimin ifadələrində dövlətin əlehinə ifadələr yer almaqdadır. Düşünürəm ki, bu qəbildən olan azmışların cavabı varilməlidir. Dünyagörüşü səbəbindən danışanlarla, öhdəlik səbəbindən danışanlar ayırd edilməlidir. Rusiyaya səmimi olaraq inananları təqdir etməsəm də, onlara hörmətlə yanaşıram və inanıram ki,vaxt gələcək onlar səhv etdiklərini anlayacaqlar.
Danışanların digər hissəsini qeyd etməyə bilmərəm. Mətbuatda və sosial şəbəkələrdə xeyli sayda insan Rusiyanın aqressivliyini birmənalı şəkildə qətiyyətlə pisləyən və milli maraqlarımızı qoruyan mövqe nümayiş etdirir. Hesab edirəm ki, Vətəndaş və İnkişaf Partiyasının bu məsələ üzrə ardıcıl və prinsipial mövqeyi, haqsız olaraq, müəllifin diqqətindən yayınıb. 
Cənab Rəşidoğlu peşəkar olduğundan bu qeydi etmək zorundayam.
Bizim partiya ötən ilin fevral ayından Putinin, bəli məhz Putinin tutduğu mövqeyə etiraz əlaməti olaraq, Bakı şəhər İcra Hakimiyyətinə RF-nın Bakıdakı səfirliyi qarşısında aksiya keçirilməsi ilə bağlı müraciət etmişdi. 
Moskvanın Yeni İmperiya ehtirasını sezmək üçün Krımın işğalını gözləmək lazım deyildi. O vaxt baş vermiş bir sıra hadisələr Kremlin Azərbaycana müdaxilə həvəsini üzə çıxarmışdı. Özü də bu həvəs ötəri, səthi, marginal həvəs deyildi. Bu Avrasiya İttifaqı adı altında yeni İmperiya təşəbbüslərinin konturları olaraq, SSRİ-nin bərpası cəhdi idi.
Bizim VİP olaraq, ötən ilin aprel-iyun aylarında Milli Şura layihəsinə qarşı demək olar təkbaşına mübarizəmiz də şəxsi maraqlarımızdan qaynaqlanmırdı. Fikrimizcə, Moskva seçki yolu ilə “milyarderlər klubu”nun vəsaiti, hakimiyyətdaxili adamlarının yardımı ilə “öz adamı”nı taxta çıxarmaqla məqsədinə nail olmaq istəyirdi.
Bu layihəyə qarşı çıxmaq bizim vəzifəmiz idi. Belə mövqeyimizə görə də sonradan, hakimiyyətdaxili Rusiyapərəst qüvvələr seçkilərdə bizi “cəzalandırıb”, seçki kampaniyasından kənarlaşdırdılar. Milli Şura layihəsinin Rusiya layihəsi olmasını bir qədər sonra hörmətli Azər bəyin fəaliyyət göstərdiyi qəzetin Baş redakroru da daxil, qəzetə yaxın bir sıra siyasətçilər də təsdiq etdilər.
İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn və digərləri bu mövzuda bəyanatları ilə VİP-in bir qədər əvvəl haqlı olduğunu təsdiq etmiş oldular.
Rusiya prezidentinin ötən il 13 avqust tarixli səfərini yada salmaq istəyirəm. O vaxt yadınızdadırsa, dövlətimizə həqarət nümayiş etdirərək, səfərə hərbi gəmilərin müşayiəti ilə gəlmişdi. Onda da siyasi təşkilatlardan yalnız biz bu tövrə etiraz edən bəyanat yaydıq. 
Digərləri o dövrdə də susurdu. Ötən il bizim siyasi addımlarımız Rusiyanın yeni İmperiya siyasətinə, şəxsən Putinə qarşı onlarla müsahibə, açıqlama və bəyanatlarla müşayiət edilib.
Nəhayət son hadisələr zamanı da biz susmamışıq. RF Dumasında Krımın Rusiyaya birləşdirilməsinin əlehinə mövqe tutmuş yeganə deputat İlya Ponomaryova yazdığım məktuba diqqət yetirərsə, əminəm ki, dərindən hörmət bəslədiyim müəllif, Putindən çəkinənlərin qara siyahısından bizi çıxarar.
Bütün hallarda, hörmətli Azər Rəşidoğlunun son yazısında, düşərgəsindən asılı olmayaraq, bir çox jurnalistin, iqtidar və müxalifət "boss"larından çəkinərək, toxunmadığı mətləblərə baş vurmasını və yazıda ifadə etdiyi vətəndaşlıq mövqeyini yüksək qiymətləndirirəm”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024