Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-07-2015, 09:19)
Əsgərlərimiz Ermənistanda partlayış törətdi

Əsgərlərimiz Ermənistanda partlayış törətdi

Zakir Həsənovun xüsusi tapşırığından sonra hərbçilərimiz ermənilərə aman vermir.

Azərbaycan əsgərləri ermənilərin qaz kəmərini partladıblar.

ANS PRESS-in məlumatına görə, erməni mətbuatı xəbər yayıb ki, Azərbaycan hərbçiləri iyulun 8-də və 9-da axşam saatlarında Ermənistanın Tavuş rayonunun Çinari kəndi yaxınlığındakı əraziləri atəşə tutması nəticəsində qaz kəməri partlayış baş verib.

Güclü partlayış nəticəsində xəsarət alan olmayıb.

Çinari kənd icmasının rəhbəri Samvel Sadoyanın sözlərinə görə, hazırda bölgədə sakitlikdir, atışma yoxdur.

Qeyd edək ki, erməni silahlı bölmələri son günlər Tərtərin təmas xəttinə yaxın yerləşən Qapanlı və Qaradağlı kəndlərini güləbaran edir. Azərbaycan əsgərləri qarşı tərəfin cavabını misli ilə verir.

Həmçinin bax: Zakir Həsənovdan tapşırıq: Dərhal zərbə endirilsin

Elə bu səbəbdən də müdafiə naziri general-polkovnik Zakir Həsənov yaşayış məntəqələrimizin ermənilər tərəfindən atəşə tutulması halında atıcı silahların əhatə dairəsindən uzaq olan düşmən mövqelərinə, erməni əhalisinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Azərbaycan ordusunun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi barədə xüsusi tapşırıq verib.

Əsgərlərimiz Ermənistanda partlayış törətdi

 

 

Müdafiə naziri Zakir Həsənov cəbhə xəttində əsgərlərlə

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 81 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Azatamut, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Kəmərli kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şuraabad, Şıxlar, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Sarıcalı, Yusifcanlı, Şirvanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Mediatv.az 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024