Siyasət (12-06-2015, 15:54)
“Cənub Qaz dəhlizi” Avropanın qaz təchizatı yaxşılaşdıracaq”
Natiq Əliyev: “Cənub Qaz dəhlizi” vasitəsilə əlavə olaraq İran, İraq və İsrail qazının nəqli planlaşdırılır"
Azərbaycanın energetika naziri Natiq Əliyev I Avropa oyunlarının açılış mərasimində iştirakı çərçivəsində Bakıda səfərdə olan Norveçin “Statoil ASA” neft və qaz şirkətinin yeni prezidenti və baş icraçı direktoru Eldar Saetreni qəbul edib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə N. Əliyev “Statoil” şirkətinin “Azəri-Çıraq-Günəşli” neft yataqları bloku, “Şahdəniz”, “Abşeron” qaz yataqları, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrində tərəfdaş kimi fəaliyyətini xatırladıb. O bildirib ki, dünyaya xam neftin, Avropaya isə qazın əsas ixracatçılarından biri olaraq “Statoil”in təcrübəsinin öyrənilməsi çox əhəmiyyətlidir.
N. Əliyev “Cənub Qaz dəhlizi” vasitəsilə Avropanın qaz təchizatının yaxşılaşdırılacağını diqqətə çatdırıb. Bildirib ki, bu dəhlizlə əlavə olaraq İran, İraq və İsrail qazının nəqli planlaşdırılır.
E. Saetrei isə beynəlxalq qaz bazarlarındakı mövcud vəziyyətdən danışaraq qeyd edib ki, hazırda Avropa üçün enerji təhlükəsizliyinin təminatı və qaz asılılığının azaldılması prioritet məsələdir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024