Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-05-2015, 10:28)
Siyavuş Novruzov: “Müxalifət dövlətə ləkə vurmaq istədi“

 

“Müxalifət nümayəndələri Bakıdakı yanğından istifadə edərək dövlətə ləkə vurmağa çalışdı”

Mediatv.az-ın məlumatına görə, bunu Azvision.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. 

Millət vəkili müxalifət təmsilçilərinin Bakıdakı yanğınla bağlı fikirlərinə münasibət bildirərək deyib ki, onlar Azərbaycan xalqının faciəsindən öz maraqları üçün istifadə etməyə çalışdı.
“Bəzi müxalifət nümayəndələri faciə ilə bağlı öz mövqelərini bildirdilər, xalqa başsağlığı da verdilər. Bir qrup müxalifət isə bu hadisədən istifadə edərək dövlətə ləkə vurmaq üçün cəhd etdi. Onların cəhdləri təbii ki, boşa çıxdı. Çünki onlar özləri bu hadisə ilə bağlı heç bir addım atmadılar. Nə bir başsağlığı verdilər, nə də ki hadisədən zərər çəkənlərin ziyarətinə getdilər. Onlar yanmış binaya yaxınlaşmadılar. Öz kabinetlərində oturub boş-boş bəyanatlar verməklə məşğul oldular. Dövlətimiz isə artıq bu istiqamətdə bütün işləri görüb. Müxalifət bu hadisədə də öz iyrənc əməlllərini orataya qoydular, öz kimliklərini nümayiş etdirdilər”,-deyə S.Novruzov qeyd edib.
шаблоны для dle 11.2

Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025