Siyasət / Slayd (19-04-2015, 11:25)
Artur Rasizadədən gömrüklə bağlı- Dəyişiklik
Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.
“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetindən lent.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və
sadələşdirilmiş Qaydaları”nın 2.1.10-cu yarımbəndində “və 600 ədəd siqaret” sözləri “, “600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz” sözləri ilə əvəz edilib.