Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-04-2015, 14:30)
“Məmurlar, icra başçıları cəzalandırılmalıdır”

“Bizdə yüksək təbəqəli məmurlara yüngül cəzalar verilir, amma orta və aşağı təbəqəli məmurlar isə ağır cəzalandırılır”

 

Bunu Azvision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Millət vəkili hesab edir ki, fəaliyyətində nöqsanlar aşkar edilən məmurlar cəzalandırılmalıdır.
“Ötən gün Milli Məclisdə Hesablama Palatasının hesabatı zamanı bildirdim ki, təklif versinlər hansı məcəlləyə lazımdırsa, dəyişiklik edilsin. Onlar öz hesabatlarında bunu qeyd ediblər”. 
İşlərində qanun pozuntusu halları aşkar edilən icra başçılarına hansı formada cəza verilməsinə gəlincə, millət vəkili bildirib ki, onlara müəyyən töhmətlər, xəbərdarlıq edilməli, daha sonra müəyyən cəza tədbirləri görülməlidir.
“Müəyyən prinsiplər var və qanuna uyğun olaraq bu həyata keçirilir. Hesablama Palatasının bu dəfəki hesabatı çox düzgün hesabat idi. Onu yüksək qiymətləndirdim. 82 nəzarət mexanizmlərinin hamısında maliyyə nöqsanları aşkar edilmişdi. Hətta müəyyən işlər prokurorluğa göndərilmişdi. Bəzi məqamlarda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə birgə işləyiblər. Hiss olunur ki, orada çox ciddi işlər gedir. 
2014-cü ilin hesabatında nöqsanlarla bağlı 122 təqdimat göndəriblər. Həmin təqdimatlara uyğun olaraq həmin şəxslər cəzalandırılır”. 
Qeyd edək ki, Azərbaycan Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında bildirilir ki, Şirvan şəhəri, Şəmkir, Zərdab, Gədəbəy, Goranboy, Ağstafa, Hacıqabul, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonlarına ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi maliyyə nöqsanları, qanunsuz əməliyyatlar aşkarlayıb, 20-dən yuxarı məktəb direktoru və məmur cəzalandırılıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024