Siyasət (5-04-2015, 16:40)
Bu gün Milli Şura mitinq keçirir - FOTO - YENİLƏNİR
Med[atv.az bildirir ki, Milli Şura "Məhsul" stadionunda mitinq keçirir. Şuranın bu gün keçirəcəyi mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Mitnqi AXCP fəalı Əbülfəz Qurbanlıdır. Çıxış üçün ilk söz AXCP sədri Əli Kərimliyə verildi.
Ə.Kərimli hökuməti israfçılıq etməməyə çağırdı.
Bu arada sosial şəbəkədə mitinqdən xeyli narazılıqlar bildirilir. "Yeni Müsavat" qəzetinin əməkdaşı Röya Rəfiyeva bunları yazır:
"Ölkə balaca diktatorlarla doludur. Milli Şuranın mitinqində jurnalistləri tribunanın yuxarısına çıxmağa icazə vermirlər ki, yuxarıdan görüntü çəkmək olmaz. Qərarı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı verib..."
15:15
Müxbirimiz xəbər verir ki, saat 15:00-da başlaması nəzərdə tutulan mitinqi hələ başlamayıb. Meydanda nəzərdə tutulandan az adam toplaşıb. Polis stadionun girişində görsənsə də heç bir maneə törətmir. Aksiyaya gələnlərin üstü metalaxtaran cihazla yoxlanır. Hələ ki insident qeydə alınmayıb.
Əməkdaşımız "Məhsul" stadionundan görüntülər göndərir: