Siyasət / Slayd (1-04-2015, 22:57)
"ASAN Xidmət bürokratizmi gəmirən sistemdir" - Fazil Mustafadan maraqlı şərh
Millət vəkili Fazil Mustafa ASAN Xidmətlə bağlı fikirlərini bölüşüb.
Mediatv.az xəbər verir ki, deputat Facebook-da yazdığı statusunda ASAN Xidməti bürokratizmi gəmirən sistem adlandırıb.
"Bu gün Bakının Yasamal rayonunuda yerləşən ASAN Xidmətə oğlumla birlikdə ona xarici pasport almağa getmişdim. Evdən çıxarkən düşünürdüm ki, sənədləşmə işi yəqin ki, 3-4 saat çəkəcək. Daxil olub növbə üçün nömrə götürəndən sonra orada işçilərin hər kəslə nizam-intizamlı, səviyyəli davranışını görəndə inanın, o qədər əhvalımım yüksəldi ki...
Bir neçə nəfərdən sonra növbəmiz çatdı və sənədləri təqdim edəndən sonra 10 dəqiqə içində sənədlərimiz tərtib olundu, vəsiqələrimiz geri qaytarıldı. Yadıma Mayakovskinin məşhur misrası düşdü və düşündüm ki, ASAN Xidmət artıq bu ölkədə bürokratizmi gəmirən ən faydalı bir sistemdir. Demək ki, millətimizdə, insanlarımızda çox az problem var. Doğru-dürüst və hamı üçün şəffaf qaydalar müəyyənləşdirəndə, insanlar da rahatlıqla öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirirlər, özbaşınalıq etmirlər, kimsə özünü başqasından imtiyazlı görmür.
Bilindiyi kimi, ASAN Xidmət kimi faydalı bir sistem ölkə prezidentinin ideyası ilə qurulub. Demək ki, bütün sahələrdə bu cür mütərəqqi layihələrin gerçəkləşməsi Azərbaycan insanında öz dövlətinə bağlılıq duyğusunu artıra bilər. Vətəndaş hansısa dövlət idarəsində özünə qarşı sayğı və qayğı görəndə, özünü daha ləyaqətli insan kimi hiss edir. Çıxarkən xidmət rəhbərinin müavini Xətai Hətəmova bu cür səviyyəli xidmətin təşkilinə görə da öz təşəkkürümü bildirdim."
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024