Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (29-07-2024, 13:45)
Vəliyevin oğluna deputatlıq olar, Qəribovun oğluna yox?

Qarşıdan gələn parlament seçkisi bir çox xüsusiyyətlərilə əvvəlkilərdən seçilir ki, bunlardan biri də deputatlıq kreslosu uğrunda “vərəsəlik prinsipi”nin özünü daha qabarıq və eybəcər şəkildə büruzə verməsidir.

Məlum olduğu kimi, YAP-ın namizədlər siyahısına 3 sabiq deputatın övladlarının adları salınıb. Bunlar Şaitdin Əliyevin qızı (sonradan atasının MSK üzvü olması səbəbindən adı siyahıdan çıxarılıb), Əhməd Vəliyevin oğlu və Tahir Süleymanovun oğludur. Bundan əlavə, Fəzail Ağamalı da öz qızının namizədliyinin öz “nəhəng” partiyası partiyası tərəfindən irəli sürüldüyünü bəyan etdi.

Təbii ki, bu “gənc kadrların” qabağa çəkilməsi hansısa siyasi qüvvənin iradəsindən daha çox həmin “gələcək deputatlar”ın atalarının “xüsusi təşəbbüsünün”, hakimiyyətdəki əlaqələrinin, canfəşanlığının və ən əsası isə tamahkarlığının, “siyasi görməmişliyinin” nəticəsidir. Bu da zatən Azərbaycanda uzun illərdir ürək açan olmayan parlament seçkisi mənzərəsini daha da bulanıq vəziyyətə gətirir...

Bir neçə gün əvvəl Kürdəmirdəki 62 saylı seçki dairəsində baş verən insidentlə bağlı məlumat yayılmışdı. Xəbərdə deyilirdi ki, mərhum deputat, ləğv edilmiş "Debüt Bank" -ın prezidenti olmuş Fərhad Qəribovun oğlu Rəşad Qəribov Kürdəmirdə qalmaqal yaradıb. O, 62 saylı seçki dairəsindən bitərəf kimi namizədliyini irəli sürüb. Həmin dairədən 2016-cı ildə onun atası Fərhad Qəribov deputat seçilib. Rayonda və paytaxt Bakıda biznes sahibi olan R.Qəribov qısa zamanda imzaları və sənədləri DSK-ya təqdim edib. Lakin komissiya müxtəlif bəhanələrlə onun sənədlərini qəbul etməyib. Buna görə Rəşad Qəribov işçilərini və qohumlarını komissiyasının ətrafına toplayaraq imzalarının qəbul edilməsini tələb edib. 300-ə qədər Kürdəmir sakini DSK-nın qarşısına yığılıb və əraziyə polis cəlb ediləndən sonra Qəribov tərəfdarlarını dağılışmağa çağırıb, bununla da insident yekunlaşıb.

Kürdəmirdə baş verənlər onu göstərir ki, müvafiq instansiyalar R.Qəribovun nəinki deputat olmasını, hətta namizədliyini görmək istəmirlər. Bu şəxs xüsusi siyasi savadı, fəallığı, rayon ictimaiyyəti üçün gördüyü işləri ilə seçilməsə də, Kürdəmirdə böyük bir nəsli təmsil edir. Atası mərhum Fərhad Qəribov vaxtilə deputat olduğu kənddə müəyyən işlər görüb, nüfuza malik olub və sair. Bütün bunlar onun seçkidə digər namizədlərə qarşı rəqabət aparmaq, “başağrısı yaratmaq” imkanlarından xəbər verir. Xüsusilə də nəzərə alsaq ki, bu dairədən YAP-ın irəli sürdüyü Kazımova Yadigar Təvəkgül qızı tamamilə yeni addır və ölkə ictimaiyyəti üçün bu ad heç nə demir, o zaman vəziyyət daha da qəlizləşə bilər. Bu baxımdan R.Qəribov sözügedən dairədə ciddi problemlər yarada bilərdi. Digər yandan isə onun öz yaxınlarını DSK-nın qarşısına toplaması cəsarətindən xəbər verir...

Ancaq onu da qeyd edək ki, bu dairədən sonuncu deputat rəsmən bitərəf kimi qeydiyyatdan keçən Əminə Ağazadə olub. O, bu seçkidə də namizədliyini eyni dairədən irəli sürüb. Odur ki, bu dəfə də onun parlamentə keçiriləcəyi gözləniləndir. Təbii ki, bütün bunların nə ilə nəticələnəcəyi və R.Qəribovun da digərləri kimi səssiz-səmirsiz çəkilməsi ehtimalının yüksək olduğu başqa bir mövzunun söhbətidir. Ancaq görünən odur ki, “vərəsəlik prinsipi”nin eybəcər şəkildə “at oynatdığı” parlament seçkisində R.Qəribov da namizədliyi irəli sürülən digər deputat övladları kimi atasının yerinə seçilmək iddiasına və hüququna malikdir. Hətta onlardan daha döyüşkən və iddialı görünür. Ən azından digər deputat övladlarından nə artıqdır, nə də əskik. Onun məntiqindən çıxış etsək, sual yaranır: niyə Vəliyevin, Süleymanovun oğluna, Ağamalının qızına olar, Qəribovun oğluna olmaz?

Yeri gəlmişkən, Babək prospektində “Dədəmin” adlı bir avtosalon var. Bu gedişlə artıq Azərbaycanda təkcə şəxsi obyektlərin deyil, DSK-ların da üzərinə deputat övladlarının “Dədəmin dairəsi” yazdırmasının şahidi olsaq, gərək təəccüblənməyək...

Təəssüf ki, seçkiyə, parlamentə qarşı çoxdan laqeyidləşmiş Azərbaycan seçicisi üçün Vəliyevin, Süleymanovun, yaxud Qəribovun oğlunun deputat olması heç bir fərq etmir. Onun üçün bunların hamısı “bir bezin qırağıdır”. Lakin bir şey dəqiqdir ki, seçici üçün sabiq deputatların öz övladlarını müxtəlif əyri-üyrü yollarla parlamentə dürtmək cəhdləri sadəcə, görməmiş davranış kimi görünür...

Ancaq Azərbaycan qanunverici orqanına, cəmiyyətinə yeni heç nə gətirməyən, heç bir ictimai fəaliyyəti, faydası ilə seçilməyən bəzi “görməmişlərdən” fərqli olaraq, parlamentdə bir də Vahid Əhmədov nümunəsi var. Artıq namizədliyini verməyəcəyini bəyan edən Əhmədov uzun illər Milli Məclisdə Azərbaycan siyasi reallıqlarının imkan verdiyi şərtlər daxilində və hətta bundan da artıq, qorxmadan, kişi kimi işlədi, kişi kimi özünün və xalqın sözünü dedi və kişi kimi də getdi...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024