Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-07-2024, 11:02)
Kasıb müxalifət dövlətli YAP-la “döyüşə” belə hazırlaşır – “Küçəyə çıxsaq, hər şey bəlli olar…”

 Hakim Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn növbədənkənar parlament seçkilərinin açıq favoritidir. YAP-ın bu qədər güclü, administrativ resurslarla zəngin vaxtında digər partiyaların onunla rəqabətə dözə bilməsi sual altındadır. 
Hakim partiyanın 80-ə yaxın dairədən namizəd irəli sürəcəyi, üstəlik bütün yerli icra orqanlarının hakim partiyanın sərəncamına veriləcəyi müxalifət partiyalarını narahat edir.
Müxalifət partiyaları seçki “döyüşünə” necə hazırlanır? Onlar hakim partiya ilə mübarizə apara biləcək?
YAP-çı deputat Elman Nəsirov Globalinfo.az-a deyib ki, bu gün iyulun 3-də YAP İdarə Heyətinin toplantısı keçirildi və toplantıda bir sıra məsələlər həllini tapdı:
“Toplantıda səlahiyyətli nümayəndələr təyin edildi. Maliyyə məsələləri müzakirəyə çıxarıldı. Bir sözlə, seçki öncəsi müvafiq məsələlər tənzimləndi. Yəqin ki, yaxın günlərdə YAP seçkidə iştirak edəcək namizədlərinin siyahısını təyin edəcək.
İndiki vəziyyətdə hakim partiyanın seçkilərdə qalib gəlmə imkanı və potensialı müxalifət partiyaları ilə müqayisədə daha çoxdur. 1993-cü ildən bu günə kimi ölkəmizdə keçirilən bütün prezident, parlament, bələdiyyə seçkilərində YAP qalib gəlib. Partiyanın hazırkı prestijini, resurslarını, imkanlarını nəzər alıb deyə bilərəm ki, bu seçkilərin də favoriti YAP-dır. Müxalifət partiyaları da bunun fərqindədir.
YAP istəyir ki, bu seçkilərdə 26 siyasi partiya fəal iştirak etsin. Hakim partiya bunda maraqlıdır. Partiyalar seçkilərdə öz gücünü göstərə bilər. Biz inanmaq istəyərdik ki, digər partiyalar da seçkilərdə aktiv olacaq. Son sözü isə xalq deyəcək. Xalqın seçdiyi şəxslər də məhz sonda parlamentdə təmsil olunacaq”.
AĞ partiya başqanı Tural Abbaslı isə deyib ki, siyasətdə güc anlayışı fərqlidir:
“Yəni siyasətdə güc anlayışı maliyyə imkanlarından asılı deyil. Siyasi partiyaların gücü onlara inanan, dəstəkləyən xalqdan asılıdır. İnsanların etimad etdiyi şəxslər sonda qalib gəlir. Misal üçün, mən deyə bilərəm ki, bu gün YAP-ın neçə deputatı, ya da namizədi mənimlə rəqabət apara bilər. Yəni küçədə kimin nüfuzu daha çoxdur, buna baxmaq lazımdır.
Mən qəbul edirəm ki, maddi imkanlar YAP-la qeyri-bərabərdir. Misal üçün, AĞ partiyanın keçən ilki büdcəsi 2600 manat civarında idi, amma YAP-ın keçən ilki büdcəsi 33 milyon manat olub. Bizim partiyanın üzvlərinin əksəriyyəti sadə vətəndaşlardır. Amma YAP-ın üzvlərinin əksəriyyəti iş adamları, professorlar, məmurlar və bu qəbildən olan nüfuzlu şəxslərdir.
Bizim 10 min üzvümüz var, onların 730 min üzvü. Bərabərlik mühiti olmalıdır. Dünyanın bir çox ölkəsində bu məsələlər tənzimlənir. Hesab edirəm, normal seçki mühiti olsa, müxalifət partiyaların hər bir dairədə qalib gəlmək imkanı var”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, Azərbaycanda proporsional deyil, mojaritar seçki sistemi olduğu üçün partiyaların müqayisəli təhlilini aparmaq olmur:
“Seçki sistemi majoritar olduğu üçün namizədlərin şəxsi keyfiyyətləri və seçici ilə işləməsi daha ön plandadır. Yəni bu onların qələbə qazanması üçün əsasdır. Təkcə müxalifətin yox, bütün namizədlərin seçki kampaniyasında namizədlərin seçici ilə necə ünsiyyət quracağı daha önəmlidir. Burada namizədlərin seçicilər ilə fərqli işləməsi onların səsinə təsir edəcək. Bununla belə YAP-ın namizədlərinin üstünlüyü var, amma yekun nəticəni seçki sonrası görə biləcəyik”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə deyib ki, seçkilərdə iştirak etmək barədə qərar veriblər:
“Səlahiyyətli nümayəndələrimizi təyin etdik. 6 nəfər namizədimiz olacaq. Cavab gözləyirik. Mən özüm 68 saylı Sabirabad Şirvan dairəsindən namizəd olacam”.шаблоны для dle 11.2

Xəbər lenti
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024