Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-06-2024, 21:05)
Ermənistan konstitusiyası dəyişdirilmədən sülh müqaviləsi imzalana bilər?

 Ermənistanın Baş nazir Nikol Paşinyan ötən gün ölkəsinin Azərbaycanla bir ay ərzində sülh müqaviləsi imzalaya biləcəyini deyib.

Paşinyanın fikirlərinə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov TNS-ə deyib ki, bu müddətdə sülh müqaviləsinin imzalanması qeyri-mümkündür: “Ermənistanın Baş naziri 1 ay ərzində Azərbaycanla müqavilənin imzalanmasının mümkünlüyündən bəhs edib. Amma bu, mümkün deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, Ermənistan nə qədər öz konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ləğv etməyib, Ermənistanla sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Məlumdur ki, konstitusiya dəyişikliyi üçün Ermənistan referenduma getməlidir. Sülhdən necə danışasan ki, qarşı tərəfin sənə ərazi iddiası var? Paşinyanın istəyi budur ki, müqavilə imzalansın, digər məsələlərə sonradan baxmaq olar. Amma bu, təbii ki, qəbuledilməzdir. Səbəb aydındır”.

Deputat Ermənistanda hökm sürən qeyri-sabit vəziyyətə diqqət çəkib: “Deyək ki, sülh müqaviləsi imzalandı. Məlumdur ki, Ermənistan qeyri-stabil dövlətdir, bu gün də çalxalanır. Çox ciddi qarşıdurma mühiti var. Nəzəri cəhətdən Paşinyanın devrilməsi, hakimiyyətdən uzaqlaşdırılması mümkündür. Hakimiyyətə yeni gələn şəxs ölkəsinin konstitusiyasına zidd olduğunu əsas gətirərək, Konstitusiya Məhkəməsinə müraciət etməklə müqavilənin ləğvinə nail ola bilər. O zaman nə olacaq?

elmannesirov

Bütün bunlara görə, bizə lazımdır ki, hakimiyyətin dəyişib-dəyişməməsindən asılı olmayaraq, referendum səviyyəsində ya konstitusiya dəyişsin, ya da müvafiq maddələri. Bu, ümumxalq səsverməsi ilə olsun. Əsas odur ki, erməni xalqı Azərbaycana qarşı ərazi iddilarından imtina edən səsvermədə iştirak etsin. Bunu öz səsi ilə təsdiqləsin ki, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Belə olan vəziyyətdə Ermənistanda hakimiyyətdə kim olursa olsun, xalqın iradəsi ilə barışmalıdır, qəbul etməlidir. Azərbaycanın mövqeyi belədir. Hesab edirəm ki, Ermənistan dövləti COP29 tədbirinə qədər referendum keçirib, bu məsələləri tənzimləməlidir. COP29-a qədər olan vaxtda sülh müqaviləsi imzalana bilər”.

Referendumda xalq konstitusiya dəyişikliyinin əleyhinə səs verə bilərmi?

Deputat vurğulayıb ki, belə olan halda sülhdən danışmağa dəyməz: “Amma hər halda Paşinyan bu məsələləri referenduma çıxarsa, təsdiqlənməsi ehtimalı daha çoxdur. Təsdiqləməmək müharibə deməkdir. Erməni xalqına isə qətiyyən müharibə lazım deyil. Xalq Paşinyanı elə ona görə hakimiyyətdə saxlayır ki, o, müharibə istəmir. Bu reallığı diqqətdə saxlamaq lazımdır”.

Politoloq Qabil Hüseynli isə TNS-ə deyib ki, hazırda sülhün əldə olunması üçün unikal vəziyyət yaranıb: “Rusiyanın başı özünə qarışıb. Bundan istifadə edərək, sülh müqaviləsini imzalamaq mümkündür”.

t2

O, konstitusiya dəyişikliyinin xeyli vaxt aparan proses olduğunu xatırladıb: “Hesab edirəm ki, əlavə şərtlərlə sülh müqaviləsini imzalamaq mümkündür. Sənəddə xüsusi şərt qoyulsun ki, Ermənistan konstitusiyanın müvafiq maddələrinin dəyişdirilməsi üçün referendum keçirməlidir.

Hazırda Ermənistanda xaos hökm sürür. Sabah vəziyyətin necə olacağını proqnozlaşdırmaq çox çətindir. Zənnimcə, sülh müqaviləsini imzalayıb, həmin şərtləri tələb kimi qoymaq olar”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
22 06 2024
21 06 2024
21 06 2024
21 06 2024
21 06 2024
21 06 2024
21 06 2024
21 06 2024
21 06 2024