Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-05-2024, 21:48)
DTX-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirildi - Fotolar

dtx-de-heyder-eliyevin-anadan-olmasinin-101-ci-ildonumu-ile-bagli-tedbir-kecirildi


Mediatv.az  xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülüb.

Xidmətin şəxsi heyətinin iştirakı ilə DTX-nin akt zalında təşkil olunmuş tədbirdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev geniş nitqlə çıxış edərək dahi rəhbərin həyat yoluna nəzər salıb, Ulu Öndərin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətinin bu orqanların tarixində mühüm bir mərhələ kimi qiymətləndirildiyini vurğulayıb, onun əvəzsiz səyləri ilə təhlükəsizlik təşkilatının azərbaycançılıq ideologiyası əsasında formalaşmasından, xilaskarlıq missiyasını üzərinə götürərək dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında misilsiz xidmətlərindən ətraflı bəhs edib. General-polkovnik Əli Nağıyev bildirib ki, bugünkü təhlükəsizlik orqanlarının fəaliyyətinin əsasını Heydər Əliyevin bu təsisatda təməlini qoyduğu peşəkarlıq məktəbi və vətənpərvərlik irsi təşkil edir və DTX-nin əməkdaşları bu məktəbin davamçıları olaraq təhlükəsizlik orqanlarında Heydər Əliyev ənənələrinin yaşadılması və inkişaf etdirilməsi naminə əzmlə çalışırlar.

Xidmət rəisi Əli Nağıyev Ulu Öndərin siyasi varisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xüsusi xidmət orqanlarının hazırda öz fəaliyyətini uğurla həyata keçirdiyini diqqətə çatdırıb.

Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii hissə ilə - DTX-nin Mədəniyyət mərkəzində tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirilib.

 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024