Siyasət (22-04-2024, 17:37)
“Hər iki dövlət bir-birinin qarşılıqlı maraq dairəsindədir” — AÇIQLAMA

Azərbaycan-Çin münasibətlərinin inkişafını yüksək qiymətləndirən Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında deyib ki, Çin müasir dünyanın əsas güc mərkəzlərindən birinə çevrilib.
Onun sözlərinə görə, Azərbaycanla Çin fundamental məsələlərdə ortaq mövqeyə malikdir:
“Çin üçün ən vacib məsələ “Vahid Çin” ideyasının reallaşdırılmasıdır. Azərbaycan dövləti də Çinin ərazi bütövlüyünü tanıyır və bu ideyanı dəstəkləyir. Torpaqlarımız işğal altında olarkən Çin hər zaman beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini müdafiə edib. İqtisadiyyat, kənd təsərrüfatı, turizm də bizi yaxınlaşdıran sahələrdir. Çin Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdır”.
E.Nəsirov bildirib ki, “Bir kəmər, bir yol” konsepsiyası əsasında münasibətləri inkişaf etdirməkdə hər iki ölkə maraqlıdır:
“Hər iki dövlət bir-birinin qarşılıqlı maraq dairəsində olan dövlətlərdir. Hər ikisi də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşır. Azərbaycanla Çin arasında münasibətlərin əsasını ulu öndər Heydər Əliyev qoyub. Bu gün cənab Prezidentin yeritdiyi siyasət bunun davamıdır. Təsadüfi deyil ki, Çin lideri Si Cinpin Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdı. Azərbaycan elə də böyük dövlət deyil, amma onun sözünün dünyada məna və çəkisi böyükdür. Bu da ölkə başçısının misilsiz fəaliyyətinin nəticəsidir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025