Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-02-2015, 12:15)
Müsavatda növbəti istefa: 7 Əlisoy partiyadan getdi

Səxavət Əlisoy: «Məni absurd arqumentlərlə partiya üzvlüyündən xaric etdikdən sonra bizimkilərin orada qalaması şərəf məsələsi idi»

Müsavat Partiyasından növbəti istefalar baş verib. Bu dəfə partiyanı 7 nəfər tərk edib. "Mediatv.az" xəbər verir ki, bu məlumatı bir müddət əvvəl Müsavatdan xaric edilmiş Səxavət Əlisoy Facebookda yayıb. 

Sabiq müsavatçı bildirib ki, istefa verənlərin hamısı onun yaxın qohumlarıdır. «Məni absurd arqumentlərlə partiya üzvlüyündən xaric etdikdən sonra bizimkilərin orada qalaması şərəf məsələsi idi. Az da olsa gözlənti var idi ki, ABŞ Dövlət Departementinin 2010-cu ildə Azərbaycanda İnsan Haqlarının pozulmasına dair hesabatını oxuduqdan sonra, Müsavat Partiyası bu mötəbər sənədə sayğı ilə yanaşacaq. Təəssüf ki, belə olmadı. Səxavət Əlisoy olaraq, qürurum yol vemir ki, 2010-cu ildə AXCP-Müsavat Seçki blokundan Milli Məclisə namizədliyim irəli sürüldükdən sonra şərəfsizlərin doğulduğum evi dağıtma, ailə üzvlərimin vəhşicəsinə döyülmə şəkillərini FB-də paylaşam. Və bunu yalnız və yalnız Azərbaycanda ədalət məhkəməsinin mövcudluğunda açıqlayacam».

Səxavət Əlisoy daha sonra yazıb: «Belə bir paradoksal durumda "Şərəfsizlər üçün şərəfin dəyəri olmur» deyiminə inandığım üçün Əlisoyların 7 nəfər üzvünün Müsavat Partiyasından istefa etdiyini açıqlayır və bunu Əlisoyların 18 nümayəndəsinin təsdiq etdiyinin məsuliyyətini üzərimə götürürəm».

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024