Siyasət (31-01-2015, 10:12)
“Onları partiyadan çıxarmaq doğru olmazdı...”
Başxanım Abbasova: “Qubad bəylə Ellada xanımın Divana dəvət edilməsi partiyadan xaric edilmək üçün deyil”
“Qubad İbadoğlu və Ellada Məmmədlinin Müsavat partiyasından çıxarılacağı ilə bağlı fikirlər yanlışdır”. Bunu Müsavat Partiyasının başqan müavini, Divan üzvü Osman Kazımov deyib. O bildirib ki, hər iki şəxs Divanın iclasına çağırılacaq və onlardan apardıqları fəaliyyətləri ilə bağlı açıqlama tələb olunacaq.
O.Kazımov hesab edir ki, adıçəkilən hər iki şəxsin, əsasən də Qubad İbadoğlunun Divana dəvət edilməsinin vaxtı çoxdan çatıb: “Çünki Qubad İbadoğlunun tərəfdar dediyi şəxslər Müsavatı, onun rəhbərliyində olan şəxsləri təhqir etməklə, nüfuzdan salmağa cəhd göstərməklə məşğuldur. Onun özü isə buna göz yumur. Bir çox hallarda isə özü də bu kampaniyada iştirakçıya çevrilir. Qubad bəy Tofiq Yaqublunun müdafiə komitəsinin sədridir. Sonuncu dəfə nə vaxt onunla bağlı toplantı keçirib, hansı işi görüb? Ənvər Əhmədi nizamnamə pozuntusuna yol verdiyi üçün partiyadan xaric ediblər. Qubad bəy bununla bağlı dinləmə keçirmək istəyir, hələ üstəlik, o dinləməni 31 yanvara təyin edir. Müsavat Partiyası həmin gün Novxanıda mitinq keçirəcək. Bununla nə demək istəyir? Necə olur ki, Ənvər Əhmədlə bağlı dinləmə təşkil edir, Tofiq bəylə bağlı susur?”
Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı isə APA-ya bildirib ki, partiyanı idarə edən ali orqanlardan biri kimi Divana hansısa üzvün dəvət edilməsi normal qəbul olunmalıdır. Amma indiki məqamda Səxavət Əlisoy nümunəsindən sonra başqanlığa sabiq namizəd Qubad İbadoğlu və Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin Divana çağırılması belə fikir yaradır ki, onlar Divana xəbərdarlıq üçün çağırılıblar: “Bu, təbii ki, üzücüdür. Divan partiyanın idarə edilməsi ilə məşğul olmalıdır və parlament seçkilərinə 10 aydan da az vaxt qaldığı dövrdə partiyanın kursunu, xəttini müəyyənləşdirmək, real problemləri həll etmək əvəzinə, məhkəmə funksiyasını yerinə yetirir, partiyadaxili hansısa söhbətlərin həlli ilə məşğuldur. O halda sual yaranır ki, əgər Divan bu funksiyanı öz üzərinə götürürsə, partiyada Mərkəzi Nəzarət Təftiş Komissiyası nəyə lazımdır? Digər tərəfdən, partiya daxilində barışıq mühitinin yaradılması, partiyanı gücləndirilməsi əvəzinə, belə addımlar, hədə-qorxular onu daha da zəiflədir”.
T.Abbaslı Q.İbadoğlu və E.Məmmədlinin Divana çağırılmasını həm də güc nümayişi kimi qəbul edir: “Sonra da durub deyəcəklər ki, biz Qubad İbadoğlu və Ellada Məmmədlini Divana dəvət etdik, başa saldıq, başa düşmədilər, indi isə partiyadan xaric edirik. Ona görə də onların Divana çağırılmasını məqsədəuyğun hesab etmirəm. Ən azı partiyanın rəhbəri Arif Hacılı Qubad İbadoğlu və Ellada Məmmədlini görüşə dəvət edə bilərdi”.
Divan üzvü Başxanım Abbasova da Qubad İbadoğlu və Ellada Məmmədlinin Divanın iclasına dəvət edilməsinə və onların həmin iclasda partiyadan xaric ediləcəyi barədə fikirlərə münasibət bildirdi: “Müsavat ölkənin ən demokratik partiyasıdır. Bütün orqanlara seçkilərin keçirilməsi məhz bunun göstəricisidir. Müsavatın Divanı da seçki ilə formalaşır və Divan üzvləri mövqelərində sərbəstdirlər. Mən hesab edirəm ki, Qubad İbadoğlu və Ellada Məmmədli onların partiyadan çıxarılması üçün qərar verilməsinə əsas yaradan Nizamnamə pozuntusuna yol verməyiblər. Ona görə düşünürəm ki, onları partiyadan çıxarmaq düzgün olmazdı. İkincisi, onların partiyadan çıxarılması məsələsi Divanda müzakirə olunmayıb. Qubad bəylə Ellada xanımın Divanın iclasına dəvət olunması onları partiyadan xaric etmək üçün deyil. Ola bilər ki, hansısa Divan üzvləri bunu istəyirlər. Amma bu, heç də o demək deyil ki, bütün Divan üzvləri bunu arzulayır”.
Divana bir aydır seçildiyini söyləyən B.Abbasova vurğuladı ki, indiyədək 4 iclasda iştirak edib və normal müzakirələr getdiyinin şahidi olub: “Divanda çox ciddi məsələlər müzakirə olunur. Onu da qeyd edim ki, iclasda müzakirə olunan məsələlər, verilən qərarlar ictimaiyyətə açıqlanır. Bu bir ayda Divanın normal fəaliyyətinin şahidi olmuşam. Divanda kiminsə arxasınca danışmaq, qeybət eləmək söhbəti yoxdur. Olsa belə, Divan üzvü kimi buna imkan vermərəm”.
Həmsöhbətimiz qurultaydan xeyli vaxt keçməsinə baxmayaraq hələ də partiyanın daxilində söz-söhbətin tam aradan qalxmadığını və bunun Müsavatın ümumi işinə zərər vurduğunu da dedi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024