Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-02-2015, 18:31)
Siyavuş Novruzov: “Müsavatda legitimlik problemi var”

Müsavatda legitimlik problemi var, qurultaydan sonra bu təşkilat iki hissəyə bölünüb


Bunu Milli Məclisin (MM) deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov dilə gətirib.

Onun sözlərinə görə, Müsavat Partiyasının rəhbərliyini ələ keçirmiş qüvvələrin legitimlik məsələsi ilə partiyadaxili qarşıdurmanın yaranmasında, gərginliyin baş verməsində hakimiyyət nümayəndələrinin əlinin olması ilə bağlı səsləndirdikləri iddiaların da heç bir əsası yoxdur.
 
“Müsavatdaxili gərginliyin, qarşıdurmanın heç bir halda hakimiyyətə aidiyyəti yoxdur. İqtidar bəyəm bunlardan xahiş edib ki, qeyri-demokratik, ədalətsiz qurultay keçirin? Xeyr!”, - deyə qeyd edən YAP rəsmisi bildirib ki, adıçəkilən partiyanın son qurultayında başqanlıq seçkisi zamanı ədalətsizlik olub və ədalətsizliyin nəticəsi olaraq da Müsavat üzvləri buna etiraz edirlər.
 
“Eyni zamanda, partiya rəhbərliyində olan şəxslər söz azadlığını, fikir plüralizmini boğur, azad fikir söyləyən insanlar partiya sıralarından çıxarılır, xaric olunur. Ona görə də neçə aydır bu partiyada bir gərginlik, qarşıdurma var. Özü də Müsavatın qurucularının böyük əksəriyyəti bu seçkiyə etiraz edir. Bunları da iqtidar öyrətməyib ki? Yəni, bunlar həmin təşkilatın qurucularıdır.

Onlar görürlər ki, burada ədalətsizlik olub və ona da etiraz səslərini ucaldırlar. İqtidarın bu məsələyə dəxili yoxdur. İqtidarı maraqlandırmır ki, bu partiyanı kim təmsil edəcək, kim olacaq. Bu seçim müsavatçıların öz seçimidir. Müsavatçılar da indi bu seçimə etiraz edirlər, istər rayon-şəhər təşkilatları, istər Məclis, istər  Divan, istərsə də Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri hamısı deyir ki, başqanlıq seçimində bir qrup tərəfindən ədalətsizlik, saxtalaşdırma baş verib, partiya rəhbərliyi zəbt olunub.

Bu baxımdan hesab edirəm ki, bu məsələ onların öz daxili problemləridir və bu problemləri də özləri həll etməlidir - başqalarının üstünə atmamalıdırlar”, - deyə S.Novruzov daha sonra sözlərinə əlavə edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024