Siyasət (13-02-2015, 14:25)
ABŞ konqresmeni Azərbaycanın müdafiəsinə qalxdı
“Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün Azərbaycanla əməkdaşlıq davam etdirilməlidir”
Amerikalı konqresmen Maykl Törner 2015-ci ilin 12 fevral tarixində ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrin protokoluna əlavə edilməsi üçün bəyanat verib.
Mediatv.AZ APA-a istinadən xəbər verir ki, bəyanatda konqresmen M. Törner Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini vurğulayaraq Bakı-Tiflis-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin əhəmiyyətini önə çəkib. Amerikalı konqresmen bəyanatında Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib. Həmçinin bəyanatda geosiyasi enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın ABŞ-ın vacib tərəfdaşı olduğu vurğulanıb.
Xatırladaq ki, ötən gün ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa, Asiya və artmaqda olan təhdidlər üzrə alt komitəsində Azərbaycanla bağlı dinləmələr keçirilib. "Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları maraqları" mövzusunda təşkil olunmuş dinləmələrdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, Vudro Vilson Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçısı Odri Alştadt və Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornel çıxış ediblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024