Siyasət (1-02-2015, 22:59)
İbrahim Kalından "Sarkisyana" sәrt cavab
İbrahim Kalın: “Sarkisyanın açıqlamaları qәbul edilmәzdir”
“Sarkisyanın, cənab prezidentimizin Ermənistana dəvətiylә bağlı, diplomatik qaydalar ilә üst–üstә gәlmәyәn açıqlamaları qəbul edilməzdir. Hörmətli Sarkisyanın bir dövlət adamına yaraşmayan sözlәrini eynilə ekstradisiya edirik". Bunu prezident Rәcәb Tayyıb Әrdoğanın sözçüsü İbrahim Kalın deyib.
Prezident Rәcәb Tayyıb Әrdoğanın "Çanaqqala Döyüşünün 100-cü ildönümü mərasimlərinə dәvәtini” geyri adi sözlәrlә tәnqid edәn Ermənistan prezidenti Serj Sarkisyana Prezident sözçüsü İbrahim Kalın sәrt cavab verib.
Cənab Prezidentimiz Rәcәb Tayyıb Әrdoğan "Türkiyə və Ermənistanın ortaq tarixini maraqlandıran dövrün, tarixçilәr tәrәfindәn tәdqiq edilmәsinә dair 2005-ci ildə 'Ortaq Tarix Komissiyas" formalaşdırılması haqda çağırış edib. 2009-cu ildə Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına töhvә verәcәk protokolların imzalanmasına zәmin yaradıb. Hәmin sülhpәrvәr siyasitin davamı olaraq 23 Aprel 2014 tarixində bütün ermənilərə səslәnәrәk başsağlığı verib deyәn Kalın: "Lakin Ermənistan, Türkiyənin atdığı bu addımlara biganә qalıb. Ermənistan rəhbərliyi nə 1915 hadisələrinin ədalətli tarix perspektivindən ələ alınmasına nə də Dağlıq Qarabağın işğalına son verərək Türkiyə və Azərbaycan ilə əlaqələrini normallaşdırmaq və bölgədə sülh və sabitliyin bәrpasına töhvә verәcәk addımlar atır. Bundan da әn çox zәrәr çәkәn Ermənistan və ermənilər olur ".
Kalın, qədim Türk-Erməni dostluğunun bütün bu yaşananlara baxmayaraq davam etdirilәcәyini dә sözlәrinә әlavә edib.
Ermənistan prezidenti Serj Sarkisyana Xarici İşlər Nazirliyindən də sərt reaksiya verilib.
Nazirliyin açıqlamasında bildirilib ki, "Türkiyənin hümanitar , məqbul və real dialoq sәylәrinә daha bir dәfә biganә qalan Ermәnistan, uzadılan eli, edilən bir dəvəti yaraşıqsız üslubla qәbul etmәyib.