Siyasət (16-01-2015, 10:55)
“Bizə Arif Hacılıya səs verdiyinə görə... “
“Bizə Arif Hacılıya səs verdiyinə görə peşman olan bir neçə nəfər müraciət edib”
Bunu açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsisçisi, Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlının “Qurultayda Qubad bəyə səs verdiyi üçün peşman olanlar var” fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, heç kəs bu məsələdə falçı kimi çıxış edə bilməz: “Gizli səsvermə olduğuna görə kimin kimə səs verdiyini bilmək mümkün deyil. Bizə də Arif Hacılıya səs verdiyi üçün peşman olanlar müraciət edib. Lakin mən buna əsaslanaraq açıqlamalar verməmişəm. Çünki bir neçə nəfərin fikri ilə ümumi qiymətləndirmə aparmaq düzgün deyil. Lakin bir fakt da var. Getdiyimiz bütün rayonlarda ADR-in formalaşmasında ən aktiv olanlar Müsavatın hazırki və keçmiş üzvləridir. Onların böyük əksəriyyəti qurultay nümayəndələri olub, seçkilərdə səs veriblər, indi də ADR-ə qoşulmaqla bunu bir daha sübut edirlər. Arif Hacılıya səs vermək İsa Qəmbərə olan sevgi, istəkdən irəli gəlir. Səslərin heç də hamısı Arif Hacılıya məxsus deyil, bir hissəsi İsa Qəmbərə məxsusdur”.
Q. İbadoğlu sabiq başqan İsa Qəmbərin qurultaydan narazı qalan kəsimi hakimiyyətlə işləməkdə suçlamasına da münasibət bildirib. Onun sözlərinə görə, İsa Qəmbər bu fikri dəfələrlə deyir: “Bu, daha çox özünə bəraət qazandırmaq məqsədi daşıyır. Lakin bu uğursuz gedişlərdir”.
ADR təsisçisi hərəkatın partiyaya çevrilmək perspektivlərinə də toxunub.
“ADR-in partiyaya çevrilməsi ilə bağlı qərar kollegial qaydada qəbul olunmalıdır. ADR ictimai hərəkat olduğuna görə qərar ümumi yığıncağında verilə bilər. Mən bu qərarın verilməsini nə istisna edə, nə bəri başdan proqnozlaşdıra bilərəm. Bu il üçün hazırladığımız fəaliyyət proqramında bu, nəzərdə tutulmayıb. İctimai hərəkat kimi 2015-ci ildə fəaliyyətimizi davam etdirəcəyik. Hər il əsasnamələrimizə uyğun olaraq ümumi yığıncağımızı keçirəcəyik və növbəti fəaliyyət proqramımızı qəbul edəcəyik. Hər şey üzvlərimizin verəcəyi qərardan asılıdır. Buna görə də, nəyisə istisna, yaxud təsdiq edə bilmərəm. İndiki halda fəaliyyətimizi demokratik təsisatlara yardım, insan haqlarına dəstək və Azərbaycanda sərvətlərimizin daha səmərəli bölüşdürülməsi üzərində quracağıq. Əhatə dairəmizin getdikcə artması və fəaliyyətimizin intensiv olmasına gəlincə, bu yalnız bizim təşəbbüslərimizlə məhdudlaşmır. Bu qədər sürətlə işləməyimizə tələbat yaranıb. Çünki Azərbaycanın müxtəlif regionlarından hərəkata qoşulmaq istəyənlər kifayət qədərdir. Sadəcə, biz onları sistemli şəkildə həyata keçirmək istəyirik. Həm də bərabər təmsilçilik olmasının niyyətindəyik”, - deyə o bildirib.
Q. İbadoğlu ADR-in təsis yığıncağını yaxın aylarda keçirmək niyyətində olduqlarının qeyd edib: “Marta qədər təsis yığıncağının keçirilməsinə nail olacağıq. Təsis yığıncağında təşəbbüs qrupunun üzvlərinin iştirakı gözlənilir, qonaqlarımız da olacaq”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024