Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (29-06-2022, 09:26)
Albalı və gilasın faydaları

Albalı və gilasın faydaları


Albalı və gilasda olan maddələr açıq antioksidant təsirə malikdir - başqa sözlə, onlar iltihabi proseslərə təsir etməyə qadirdirlər. Bu giləmeyvələrin orqanizmə xərçəng əleyhinə təsiri məhz bununla təmin edilir.

Mediatv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Samara Elmi-Tədqiqat Diyetologiya və Pəhriz Terapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq bildirib.


"Orta nisbətdə təzə albalı və gilasın qəbulu orqanizmi onkoloji xəstəliklərə səbəb ola biləcək iltihabi proseslərin inkişafından qoruyur", - deyə doktor Ginzburq söyləyib.

Alim, həmçinin, albalı və gilas istehlakının nevroloji sağlamlığa müsbət təsir etdiyinə, yuxuyagetmə, narahatlıq kimi mövcud problemlərin həllinə kömək etdiyinə də hər kəsin diqqətini çəkib.

"Albalı və gilasda stresi aradan qaldırmağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edən çox miqdarda vitamin və qida maddələri var", - deyə diyetoloq qeyd edib.

Ekspert əlavə edib ki, bəzi aparılan tədqiqatlar albalı şirəsinin təbii yuxu gətirici kimi faydasını təsdiqləyib. Tərkibindəki triptofan amin turşusu sayəsində onun qəbulu yuxu hormonu olan melatoninin səviyyəsini artırmağa kömək edir.

Bütün bunlardan savayı, həm albalı, həm də gilasda yüksək miqdarda B qrupu vitaminləri, maqnezium var - bu keyfiyyət onları narahatlığın, psixo-emosional gərginliyin azalması üçün faydalı edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024