Region (12-05-2022, 20:39)
Dövlət Arxivinin Lənkəran filialında Lənkəran Dövlət Universitetinin tələbələri üçün açıq dərs-ekskursiya keçirilmişdir
11 may 2022-ci il tarixində Dövlət Arxivinin Lənkəran filialında Lənkəran Dövlət Universitetinin “Müzeyşunaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin iştirakı ilə açıq dərs-ekskursiya keçirilmişdir.
Filialın direktoru Rəfail Rzayev tələbələr qarşısında çıxış edərək sahə üzrə normativ hüquqi aktların tələblərini, dövlət arxivlərinin əsas iş qaydalarını dinləyicilərə izah etmiş, sənədlərin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və göstərilən elektron xidmətlər haqqında məlumat vermişdir.
Eyni zamanda tələbələrə Dövlət Arxivinin Lənkəran filialı və onun əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında məlumat verilmişdir. Sonra sənədlərin mühafizəsi şəraiti əyani olaraq tələbələrə nümayiş etdirilmişdir.
Daha sonra tələbələrə açıq dərs-seminar keçirilmişdir. LDU-nun müəllimləri, tarix üzrə fəlsəfə doktorları, dosent Emin Məlikovun və Leyla Məcidovanın iştirakı ilə keçirilmiş seminarda tələbələrə “Azərbaycan Respublikası dövlət arxivlərinin Əsas İş Qaydaları”, “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı” və onun tətbiqi barədə dərs keçirilmişdir.
Daha sonra filialın əməkdaşları A. Hüseynova və C. Babazadənin rəhbərliyi ilə açıq dərs sahələr üzrə məşğələ formasında davam etdirilmişdir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024