Problem (29-12-2014, 14:33)
Röyanın qardaşı: “Ailəmdən utanıram...”
Müğənni Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov bacısı ilə eyni səhnəni paylaşmağın təəssüratlarını bölüşüb
Mediatv.az-ın məlumatına görə, “Onlar”a açıqlama verən İsmayıl çox həyəcanlı olduğunu deyib:
“Konsertdə həyəcanlı idim. İlk dəfə böyük səhnədə - Heydər Əliyev Sarayında çıxış edirdim. Hazırda təhsil alıram. Mənim üçün öncə odur. Bitsin, sonra qərar verəcəm: bir tərəfdə musiqi, digər tərəfdə isə başqa işim olacaq. Mən ailəmdən utanıram, çəkinirəm, heç onların yanında mahnı oxumamışam. Oxuyanda Röya yanıma gəldi, həyəcandan özümü itirdim”.
Qardaşından danışan R.Ayxan onunla bağlı bunları deyib:
“Sual verirlər ki, İsmayıl mənim doğma qardaşımdır? Doqquz yaşımda valideynlərim boşandılar, on yaşımda yenidən barışdılar və bu doğuldu. Hər zaman onun arxasında oldum. Hansı işin sahibi olsa da, arxasındayam. Amma müğənni olmasını istəmirəm. Biznes qursun”.
Qeyd edək ki, Röya dekabrın 19-20-21-də Heydər Əliyev Sarayında baş tutan konsertində səhnəni qardaşı ilə bölüşmüşdü.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024