Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (30-10-2014, 19:03)
Məşhurlar Məhərrəm ayında nə edir? - SORĞU

 

Hafta.az bildirir ki, Məhərrəm ayı ilə əlaqədar olaraq artıq toy mərasimlərinə fasilə verildi.

 Maraqlıdır, əgər toyların bu ayda baş tutması günahdırsa, nəyə görə insanlar restoranlarda çal-çağırla ad günü qeyd etməkdən çəkinmir? Bu ay ərzində toy olmasa da, paytaxtda çoxlu "parti"lər, ad günləri və hətta konsertlər baş tutur. Bəs şou-biznes əhli bu ay ərzində nə edir görəsən? Elə bu suala əsaslanıb tanınmış ifaçılar arasında kiçik bir sorğu apardıq.

İlk öncə Natavan Həbibi ilə danışmaq istəsək də, öyrəndik ki, müğənni vətəni tərk edib. Həbibinin prodüseri, müğənninin Məhərrəm ayında xaricdə olacağını və istirahət edəcəyini açıqladı.


Müğənni Emma Ələkbərzadə də xaricə üz tutacaq olan məşhurlar sırasındadır. Ələkbərzadə noyabrın 4-də vətəni tərk edir.


Tanınmış müğənni Əkbər Əliyev: “Məhərrəm ayında şəxsi işimlə məşğul oluram, əlbəttə konsert olanda niyə də çıxış etməyim? Məncə günah deyil. Kiməsə musiqi bəxş etmək mənim fikrimcə, günah deyil. Əlbəttə toy etmək olmaz, ancaq konsert etmək normaldı və əgər təklif olsa, mən konsert edərəm.


“Cin” ləqəbi ilə tanıdığımız müğənni Ceyhun Zeynalov:
"Məhərrəm ayı “Həram” aylardan biridir. Bu ay dava və müharibə etmək olmaz. Adətə çevrilmiş Aşura gününun 3-cü günü isə orucdan ibarətdir. O ki qaldı suala, mənim fəaliyyətim tək toylardan ibarət deyil, müəyyən ad günləri və digər tədbirlər keçirilir ki, orada iştirak edirəm. Həm də studiyada o qədər bitməmiş işlər var ki. Konsert isə təklif edən insan bunun altı ay qabaqcadan hazırlanmasını nəzərə almalıdır.

Zaur Əmiraslanov isə bu ayda ümumiyyətlə, mahnı oxumağı günah hesab etdiyini açıqladı.


"Dostlar qrupu” isə universitetlərin birində konsert verməyə hazırlaşır. Tələbələrə konsert vermək istəyən qrup artıq hazırlıq işlərinə başlayıb.


Günay İbrahimli də Məhərrəm ayında toy olmadığına görə konsertlərə və ad günlərinə gedəcəyini açıqlayıb. Müğənni həm də yeni layihələr üzərində çalışacağını bildirib.                                                                                                                                      

Müğənni Məryəm Şabanova isə yalnız öz yeni layihələri ilə məşğul olacağını bildirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024