Problem / Karusel (2-09-2014, 16:46)
Canlı yayımda qarşıdurma: Rəşad İlyasovdan ana-bacı söyüşü
Xəzər Televiziyasının “Bizim gün” verlişinin canlı yayımında qalmaqal yaşanıb.
"Mediatv.az"ın məlumatına görə, sənətçi Rəşad İlyasovla aparıcı Anar Cəfərov arasında qarşıdurma baş verib. Anar ötən proqramların birində R.İlyasovun canlı efirdə meymundan qorxub studiyadan qaçmasını xatırladıb.
Aparıcının “Gəl, qorxma, meymun yoxdur” sözlərinə sənətçi sərt reaksiya verib. Müğənni kəskin fikirləri ilə izləyiciləri təhqir edib:
“İlk dəfə verilişinizə qonaq gələndə məzəli bir hadisə baş verdi. Amma baxıb görürəm, internetdə xoşagəlməz şərhlər gedir. Mən istəmirəm nalayiq sözlər işlədim. Görürəm, insanlarda xoşagəlməz hadisələrə qarşı mənfi reaksiyalar daha çoxdur. Üzr istəyirəm ifadəmə görə, mənə elə gəlir, o şərhi yazanların heç evdə analarından, bacılarından xəbərləri yoxdur ki, evə nə vaxt gəlirlər, nə işlə məşğul olurlar. Sadəcə oturublar kompüter qarşısında, türklərin bir yaxşı sözü var - klaviatura qəhrəmanları. Bax həmin insanlardır”.
Anarın “Meymundan qorxursan. Fakt studiyada meymun var idi, sən ondan qorxdun. Yəqin, fobiyadır” sözlərinə R.İlyasov “Yaşca səndən böyüyəm. Burada mənə fobiya dərsi keçmə. Ötən verilişdə olan hadisənin görüntülərini internet portallarına yaydınız. Mən də buradan onlara cavab verirəm”, deyə münasibət bildirib.
Qeyd edək ki, bir müddət bundan öncə “Xəzər” telekanalında “Bizim gün” verlişinin qonağı olan Rəşad İlyasov studiyada meymundan qorxaraq canlı efiri tərk etmişdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024