Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (1-09-2014, 12:51)
“Anonimous” hakerləri Hollivud ulduzlarının intim fotolarını yaydı

Dünyanın ən güclü haker qrupu kimi tanınan “Anonimous” hakerləri yüzdən çox Hollivud ulduzunun şəxsi smartfonlarına girərək onların intim fotolarını ələ keçirib və internetdə yayıb

 

Hakerlər smartfonların “Apple iCloud” bulud xidmətini sındırıblar və ələ keçirdikləri intim fotoları 4chan.org saytında yerləşdiriblər. Bundan sonra fotolar ildırım sürəti ilə digər resurslara  yayılıb.
Xəbərdə bildirilir ki, hakerlər Rihanna, Kim Kardaşyan, Kristien Danst, Vayona Rayder, Meri Keyt Olsen, Ariana Qrande, Viktoriya Castis, Keyt Apton, Selena Qomes, Cenifer Lourens kimi məşhurların intim fotolarını ələ keçiriblər. Siyahıda 101 məşhurun adı var, ələ keçirilən fotoların sayı yüzlərlədir.
 
Qalmaqala ilk reaksiya verən Cenifer Lourens olub. O, ələ keçirilən fotoların həqiqiliyini təsdiq edərək vəkili vasitəsilə bildirib ki, bu, şəxsi həyata “dözülməz müdaxilə”dir və hakerlərə, habelə fotoları bundan sonra yayanlara qarşı cinayət təqibinə başlayacaq.
Aktrisanın nümayəndəsinin bildirdiyinə görə, hakimiyyət artıq baş verənlərlə bağlı kursdadır və ələ keçirilmiş fotoları yayan istənilən şəxsə qarşı iddia qaldırılacaq.
24 yaşlı Lourens hazırda ən cəlbedici Hollivud aktrisası hesab olunur. O, “Mənim oğlanım psixdir” filmindəki roluna görə Oskar mükafatı alıb.
İntim fotoları internetə düşən aktrisa Meri Elizabet Uinsted isə onların həqiqiliyini təsdiqləyib. Bildirib ki, həmin fotolar smartfondan çoxdan silinmişdi.
“Mən ancaq təxmin edə bilərəm ki, bu fotoları ələ keçirmək üçün hansı səylər göstərilib. Bu fotolar illər əvvəl evimdə ərimlə intim şəraitdə çəkilmişdi və onlara baxanlara üzümü tuturam: siz özünüzdən çoxmu məmnunsuz?” - deyə aktrisa bildirib.
Əgər məşhurların intim fotolarını ələ keçirən hakerləri tutmaq mümkün olsa, onları ağır cəzalar gözləyəcək. Lakin “Anonimous” hakerləri gizlənməyi də yaxşı bacarır və çətin ki, ələ keçələr...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024