Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (26-08-2014, 20:40)
“Emmy 2014” mükafatının sahibləri bəlli oldu


Los-Anceles şəhərində "Nokia Theatre"da baş tutan mərasimə "Oskar"ın televiziya analoqu sayılan mükafata iddialı ulduzlar qatılıb

 

 Avqustun 25-də ABŞ-ın Los-Anceles şəhərində "Primetime Emmy Awards" mükafatının təqdimat mərasimi keçirilib. "Nokia Theatre"da baş tutan mərasimə "Oskar"ın televiziya analoqu sayılan mükafata iddialı ulduzlar qatılıblar.
İlk "Emmy" 1949-cu ilin yanvarın 25-də Hollivuddakı idman klubunda verilib. Mükafat əlində atom tutmuş qanadlı qadın heykəlciyidir. Atom televiziyanı bir elm kimi, qanadlar isə incəsənət kimi səciyyələndirir. Heykəlciyin müəllifi mühəndis Lui Makmanusdur. Model qismində xanımından yararlanan Makmanus heykəlciyi mis, nikel, gümüş və qızıl qarışığından hazırlamışdı.
Amerika Milli Televiziya Akademiyası (National Academy of Television Arts & Sciences) mükafatı 10 nominasiyada verir.
66-cı təqdimat mərasimində "Breaking Bad" teleserialı triumfator olub. Serial 5 nominasiyada, o cümlədən "Ən yaxşı dramatik teleserial" nominasiyasında qalib gəlib. Teleserialda kimyaçı "Uolter Uayt" rolunu oynamış aktyor Brayan Krenston "Ən yaxşı kişi rolu", Aaron Pol və Hanna Qann isə "Ən yaxşı arxa plan aktyorları" nominasiyalarının qalibləridir. "Breaking Bad" teleserialı "Ən yaxşı ssenari" nominasiyasının da qalibidir.
"Ən yaxşı rejissor işi" nominasiyasında Keri Fukunaqa ("True Detective"), "Ən yaxşı dramatik serial aktrisası"nda - Culianna Marqulis ("The Good Wife"), "Ən yaxşı komediya serialı" ("Modern Family"), "Ən yaxşı komediya aktyoru" ("The Big Bang Theory"), "Ən yaxşı aktrisa" ("Veep") qalib gəliblər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024