Problem (19-02-2014, 13:19)
Elzanın toyundan - Fotolar
Əməkdar artist Elza Seyidcahan İradə İsaqın ATV telekanalında yeni yayımlanan “Düz üzünə” verilişinin ilk qonağı olub.
"Qafqazinfo"nun Axşam.az-a istinadən verdiyi məlumata görə, müğənni ailə həyatı ilə bağlı bilinməyən məqamlara toxunub.
Proqramda əvvəlcə E. Seyidcahanın qayınanasının oğlunun boşanması haqda açıqlaması yayımlanıb: “Oğlum Elzanı sevməyib. Əsgərlikdən gəlmişdi, Elza qızım Arzunun rəfiqəsi idi. Dedik, yaxşı qızdır, tərbiyəlidir, onu sənə alırıq. Oğlum da dedi ki, kimi istəyirsiniz, alın. Evləndilər, sonra Elza sənətdən ayrılmadı. Oğlum dedi ki, ya sənət, ya da mən. Elzaya o zaman 2 min manata mənzil də almışdı. Ayrlıldıqları gün oğlum onu və övladlarını dəniz kənarına gəzintiyə aparmışdı, kabab qonaqlığı vermişdi. Elza dedi ki, sənin kimi kişi taparam, sənəti tapmaram. O vaxtlar efirə çıxana yaxşı baxmırdılar. İndi olsa, özüm aparıb onu müğənni edərdim”.
İddialara münasibət bildirən E. Seyidcahan isə həmin vaxt müğənnilik etmədiyini deyib: “O vaxtlar mən oxumurdum. Şər atırlar. Heç vaxt dava etmirdim. Mən açıqlamaq istəmirəm səbəbləri. Heç zaman ailəmi atmamışam. İndi övladlarım ataları ilə gözəl münasibətdədirlər. Uşaqlarım atasız qalmadı, amma mən həyat yoldaşsız, tənha qaldım. Sonradan ona dedim ki, gəl, yanımızda qal, anan da Sumqayıtda yaşasın. Ailəni istəyirsənsə, burada qal. Amma anası icazə vermədi. Zaman keçdikcə düşüncələr dəyişir. İpi tutursan ki, birləşdirəsən, amma mümkün olmur. Onun qohumlarına da, qonşularına da yaxşı olmuşam. Bizim ailəni qayınanam öz iddiaları ilə dağıtdı”.
Qeyd edək ki, Elza Seyidcahanın həyat yoldaşı daha sonra öz dayısı qızı ilə evlənib. Əməkdar artistin şəxsiyyət vəsiqəsində hələ də keçmiş həyat yoldaşının soyadı “Qasımova” qeyd olunub.
7