Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (6-02-2014, 18:15)
Ebru Gündəş Rza Zərrabla görüşdü

 

   Xalq Partiyasının lideri: "Rza Zərrabı həbsdən çıxaracaqlar"


Türkiyəli müğənni Ebru Gündeş həbsxanada olan həyat yoldaşı Rza Zərrabı görməyə gedib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sənətçi yanvarın 10-dan etibarən ziyarət etmədiyi yoldaşının görüşünə gedib.

Məşhur sənətçi ötən gün Ədliyyə Nazirliyindən aldığı xüsusi icazə ilə Zərrabla 1 saatlıq görüşüb. Ebru və həyat yoldaşının vəkili Şeyda Yıldırım müvəkkillərinin həbsxana və ya şüşə arxasından görüşmək istəmədikləri üçün sənətçinin həbsxanaya getmədiyini, ayda bir gün açıq görüş haqqı olduğunu bildirib.

Mediada yayımlanan daha bir xəbərə əsasən, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kemal Kılıçdaroğlu "Böyük rüşvət" əməliyyatı barədə maraqlı açıqlamalar verib. O, iş adamı Rza Zərrabın həbsdən çıxarılacağını iddia edib:

"Həbs olunanlar arasında Rza Zərrab var. Ona deyəcəklər ki, "Səni çıxaracağıq, danışma". Çünki Zərrab bir az da həbsdə qalsa baş verənləri danışacağını deyib. Xəbər göndərib. Onun danışması heç kimə sərf etmir. Ona görə də bir müddət sonra Zərrabı azad edəcəklər. Bir neçə həftə əvvəl də sərvətinin müsadirə olunması haqqında qərar ləğv olunmuşdu".

Qeyd edək ki, ötən il dekabrın 17-də Ebru Gündəşin həyat yoldaşı, iş adamı Rza Zərrab rüşvət və qaçaqmalçılıq iddiası ilə həbs olunub. Daha sonra isə Rzanın ərəb qadınları ilə bağlı yayımlanan səsyazmasından sorna Ebru onunla görüşməkdən imtina etmişdi. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024